“Yenimeydan.info” ”Modern.az-a istinadən xəbər verir ki, sözügedən qətldə təqsirləndirilərək ömürlük həbs cəzası almış məhkum Vüqar Əliyevin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov yeni açıqlama ilə çıxış edib.
”Fevralın 8-də belə bir məlumat aldıq ki, Aslan Aslanov həbs olunub.Rəsmi orqanlarla apardığımız dəqiqləşdirmədən sonra belə məlum oldu ki, Aslan Aslanovun həbs olunması barədə informasya təsdiqlənmir, lakin onun həbs ilə bağlı hazırlıq işləri yekunlaşmaqdadır...”,-deyə vəkil Adəm Məmmədov bildirb.
Qeyd edək ki, Şəmkirin keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun oğlunun qətlə işi sön vaxtlar ölkə mediasının əsas müzakirə mövzusudur. Sözügedən qətllə bağlı 2003-cü ildə başa çatmış məhkəmədən 11 il keçəndən sonra belə məlum olur ki, vaxtilə istintaq qeyri-obyektiv aparılıb, qətli Lamiyə Quliyeva törətsə də, hadisəni onun keçmiş nişanlısı Vüqar Əliyevinm boynuna qoyublar. Məhkəmə V.Əliyevə ömürlük, L.Quliyevaya isə 10 il iş kəsib.