“Qafqazinfo”nun məlumatına görə, Binəqədi rayon Polis İdarəsindən ans press-ə verilən məlumata görə, Binəqədi rayonu ərazisində yerləşən “İron” otelində əxlaqsızlıq yuvası təşkil edilməsi müəyyən edilib.
Bakının Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin apardığı əməliyyat tədbirləri nəticəsində oteldə əxlaqsızlıqla məşğul olan 10 dan çox qadın saxlanılıb.
Əməliyyat tədbirləri davam edir. Hotel rəhbərliyinin məsuliyyətə cəlb olunacağı gözlənilir.
Faktla bağlı araşdırmalar aparılır.