O, martın 9-da - aksiyadan bir gün öncə saxlamışdı.
Xətai məhkəməsi onun barəsində 6 sutka həbs qərarı seçmişdi.
O, həbsdə 10 mart aksiyasına görə həbs olunun - AXCP üzvləri Məhəmməd Məcildi, Elvin Baycan və Türkel Əlisoyla eyni cəzaçəkmə müəssisəsində saxlanıb. Bildirir ki, həbsdə olduğu müddətdə - «Nida» Vətəndaş Hərəkatının idarə heyyətinin üzvü Rəşad Həsənovun həsbini eşidiblər və həbsdə onları ən çox məyus edən bu hadisə olub:
«Rəşad Həsənovu çox absurd - üzərində silah gəzdirmədə ittiham edərək tutublar. İçəridə bu xəbəri oxuyanda hamımız şok olduq».
Rüstəmzadə sosial şəbəkələrdə Facebook-da yaradılan «Əsgər ölümünə son» aksiyasının təşkilatçısı olduğunu iddia edirdi. O, mediada aksiya təşkilatçılarının 2 milyon dollar aldıqları xəbərini də eşidib. Bu xəbərə münasibəti belə oldu:
"2 milyonum olsaydı, özümə notebook alardım".
Yanvarın 12-da və martın 10-da Bakıda "Əsgər ölümə son" tələbi ilə etiraz aksiyası keçirilib. Sonuncu aksiyada iştiraka görə 4 nəfər həbs olunub, 25-ə yaxın iştirakçı ümumilikdə 10 min manata qədər cərimələnib (azadliq.org).