Paytaxtın Tbilisi prospektinin (20 Yanvar dairəsi, şəhər istiqaməti) asfalt örtüyü yenilənir.
AzərTAc xəbər verir ki, təmir işləri ilə əlaqədar olaraq prospektin 20 Yanvar dairəsindən Nəqliyyat Nazirliyinin yanınadək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Təmir işlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir.