Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sədərək və Binə bazarları çökür

Sədərək və Binə bazarları çökür
Rusiyada rublun dəyərdən düşməsi bu ölkənin alıcılarının da alıcılıq qabiliyyətini azaldıb.


Bir vaxtlar adam əlindən tərpənmək müşkül olan Sədərək-Binə bazarlarında indi alıcı sarıdan vəziyyət kasaddır. Ərazidə olduğumuz müddətdə mağazadakı malların alıcısız, satıcıların bekar qaldığının şahidi olduq.



Satıcıların arasında eləsi var ki, bir ayda bircə qəpik belə alveri olmadığını söyləyir. Vəziyyət o yerə çatıb ki, bazar rəhbərliyi çətin durumu nəzərə alaraq icarə haqqının toplanmasında güzəştlərə gedir. “Bizə yanvar ayında güzəşt belə ediblər. Bu ay yer pulunu almırlar. Amma hazırda qiymətlər aşağı salınmayıb. Yəqin ki, bazar müdiriyyəti onu da nəzərə alar” – deyə satıcı Elnur Cabbarlı bildirib.



ANS TV xəbər verir ki, müdiriyyətin bir aylıq güzəşti icarədarları sevindirsə də, bazarda alıcılıq qabiliyyətinin aşağı düşməsi zərəri günbəgün artırır. Mövsümün dəyişməsilə malları fəsilə uyğun yeniləməli olan sahibkarlar “qiymət, onsuz da, eynidir” deyib şəhər mağazalarından, iri ticarət mərkəzlərindən alış-veriş edənləri cəlb etmək üçün qiymətləri münasibləşdiriblər.



İqtisadi ekspertlər Binə və Sədərək kimi böyük ticarət mərkəzlərində alış-veriş tempinin aşağı düşməsini dünyada baş verən olaylarla sıx əlaqələndirirlər. Rusiyada rubulun dəyərdən düşməsi bazarın əsas alıcıları olan Şimali Qafqazdan gələn sahibkarların yolunu kəsib.



“Mövcud durumdan çıxış yolu kimi kənar amillər, neftin ucuzlaşması, Rusiyaya sanksiyaların aradan götürülməsi ola bilər. Əgər bu baş verməzsə, digər çıxış yolu kimi sahibkarlar mallarının qiymətini aşağı salmaqla satışı, dövriyyəni artıra bilərlər. Yaxud da, hökumət milli valyutanı manatı ucuzlaşdırarsa, bu, onların satış imkanlarını artıra bilər”, – deyə ekspert Samir Əliyev fikirini açıqlayıb.



Ənənəvi bazarlara gediş-gəlişin azalmasına son zamanlar yeni ödəmə metodlarının taksit kartlarının təsir etməsini isə ekspert istisna edir. Samir Əliyev deyir ki, adıçəkilən faktor alıcılıq qabiliyyətini bu dərəcədə aşağı sala bilməz.



Belə olan halda çörəyini bazardan çıxaranların dünya bazarlarında baş verən hadisələri izləməkdən başqa yolu qalmır. İndiki halda vəziyyət ən çox alıcılara sərf eləyə bilər. Çünki mallarını sata bilməyən və yeni fəsil üçün hazırlıqlara başlamaq istəyən satıcılar qiymətləri maksimum endiriblər.


Teqlər:
Bu xəbər cəmi 1270 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR