Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qərib Məmmədovun işçiləri bundan sonra harada çalışacaq? - Açıqlama

Qərib Məmmədovun işçiləri bundan sonra harada çalışacaq? - Açıqlama


Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi bəzi suallar yaradıb. 

Əsas sual isə Dövlət Komitəsinin ləğv edilməsi ilə sədr Qərib Məmmədov başda olmaqla yüzlərlə nəfərin bundan sonrakı fəaliyyətlərini harada davam etdirəcəkləri ilə bağlıdır. 



Bununla bağalı keçmiş Komitənin rəhbərliyində olan şəxslərin biri AZNEWS.AZ-a marağlı aıqlama verib. Adının çəkilməsini istəməyən həmin şəxs ləğv edilən komitə əməkdaşlarının işsiz qalacaqları barədə deyilənləri şayiə adlandırıb:“Əslində bizimçün fərqi yoxdur. Buna görə heç kim narahat olmasın. Komitə əməkdaşlarının yarısı Əmlak Komitəsində, yarısı isə Ekologiya və təbii Sərvətlər nazirliyində çalışacaqlar. Ola bilər ki, bəzi adamlar vəzifələri itirsinlər və ya indikinə nisbətən bir qədər aşağı vəzifəyə təyin olunsunlar. Amma torpaq komitənin işi adını çəkdiyim qurumlarda davam etdiriləcək. Bu işlər də məhz ləğv olunan komitənin mütəxəssisləri tərəfində aparılacaq”. 





Qeyd edək ki, Q.Məmmədov 1997-ci il iyunun 25-də Dövlət Torpaq Komitəsinin, 18 aprel 2001-ci il tarixində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, 23 oktyabr 2004-cü il tarixində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yenidən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri təyin olunub. 


Teqlər:
Bu xəbər cəmi 1255 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR