İCE London birjasında Brent markalı neftin bir barrelinin qiyməti 57 dollardan yuxarı qalxıb.
Son məlumatlara görə, Brent markalı neftin bir barreli 57,42 dollara satılıb.
Qeyd edək ki, yanvarın 26-da OPEK rəhbəri Abdulla əl-Bədri bəyan etmişdi ki, yaxın vaxtlarda neftin bir barrelinin qiyməti 200 dollar olacaq.
Əl-Bədrinin sözlərinə görə, neft bazarında özünü tənzimləmə əlamətləri görünür. Çünki enerji şirkətləri xərcləri kəsərək, sərmayələri azaldır. Bu isə istehsalın azalması ilə nəticələnir. ABŞ-da fəaliyyət göstərən quyuların sayı nəzərəçarpacaq dərəcədə azalıb