Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

PARLAMENT BU DƏFƏ DƏ ARTUR RƏSİZADƏYƏ “HƏ” DEDİ

PARLAMENT BU DƏFƏ DƏ ARTUR RƏSİZADƏYƏ “HƏ” DEDİ
Fazil Mustafa: “Həkimin, müəllimin 50 manat rüşvətə görə həbs edilməsi korrupsiya ilə mübarizə deyil” İqbal Ağazadə: “Azərbaycan vətəndaşına gündəlik 8 qram ət, 300 qram kartof, 360 qram çörək düşür”


Milli Məclisin 15 mart iclası ötən həftə avtomobil qəzasında həlak olmuş deputat Hikmət Atayevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Spiker Oqtay Əsədov gündəlikdəki yeganə məsələ - hökumətin hesabatı ilə bağlı təqdimat və müzakirələrə keçməzdən öncə ölkənin iqtisadi durumu ilə bağlı giriş nitqi söylədi və daha sonra hesabatı təqdim etmək üçün sözü baş nazir Artur Rəsizadəyə verdi. İclasda maliyyə, iqtisadi inkişaf, ədliyyə, təhsil, səhiyyə, kənd təsərrüfatı, müdafiə sənayesi, sənaye və energetika, rabitə və informasiya texnologiyaları, mədəniyyət, əmək və əhalinin sosial müdafiə nazirləri, o cümlədən Mərkəzi Bankın, “Qaçqınkom”un sədrləri, müxtəlif komitələrin rəhbərləri iştirak edirdi. Ancaq deputatların tələbinə baxmayaraq, bu dəfə də hesabat iclasına güc strukturlarının rəhbərliyi qatılmamışdı. 



A.Rəsizadə hökumətin ötən ilki fəaliyyəti haqqında hesabat verərkən bildirdi ki, ötən il ÜDM-in istehsalı 2,2 faiz artıb. Qeyri-neft sektorunda artım 9,7 faiz civarında olub. İqtisadiyyata bütün mənbələrdən investisiyanın həcmi 25,8 milyard ABŞ dollarına çatıb. Bu sərmayələrin 75 faizi qeyri-neft sektorunun payına düşür. Strateji valyuta ehtiyatları 46 milyard dollara qədər artıb. İcmal büdcə 27,1 milyard manat təşkil edib, dövlət büdcəsinin gəlirləri artıqlaması ilə icra olunub. Bank sisteminin maliyyə dayanıqlığı təmin edilib, kredit borcları 27,8 faiz azalıb. Onun sözlərinə görə, iqtisadiyyat sahəsində aparılan islahatlar nəticəsində orta aylıq əmək haqqı 8,7 faiz artıb, pensiyaların orta məbləği 152 manata çatdırılıb. Məcburi köçkünlərin sosial problemlərinin həllinə 2011-ci ilə nisbətən 2,2 dəfə artıq maliyyə xərclənib. 23 minədək məcburi köçkün yeni mənzillə təmin edilib. Ümumilikdə, köçkünlərin sosial problemlərinin həllinə 600 milyon manatdan artıq vəsait sərf edilib. Və nəhayət, ölkədə yoxsulluğun səviyyəsi 2012-ci ilin sonu üçün 6 faizə enib.

Baş nazir Artur Rəsizadə 2012-ci illə bağlı hesabatı təqribən 15 dəqiqəyə deputatlara təqdim etdi. Daha sonra müzakirələr başlandı. Deputat Musa Qasımlı hesabatı təqdir etdi. Ardınca isə o, ordu rəhbərliyinin zalda olmamasına baxmayaraq, ordudakı ölümlərdən bəhs etdi. Öncə dünyanın bütün ölkələrində əsgər ölümləri ilə bağlı hadisələrin olduğunu deyən deputat keçirilən etiraz aksiyalara qarşı çıxdı: “Bu aksiyalar zamanı vətəndaşlarımız həlak olarsa, bunun məsuliyyəti kimin və hansı təşkilatın üzərində qalacaq?” Bununla belə, deputat Müdafiə Nazirliyi rəhbərliyinə də müraciət etdi: “Müvafiq nazirliyin məsuliyyəti artırılmalı, ordu üzərində nəzarət artırılmalıdır ki, belə xoşagəlməz hadisələr baş verməsin". Seçildiyi dairənin sosial problemlərindən bəhs edən M.Qasımlı kəndlərdə müəllim çatışmazlığı ilə bağlı problemin olduğunu da bildirdi.

Deputat Qüdrət Həsənquliyev Bakının həddindən artıq yükləndiyini, yolların olduqca dar olduğunu, körpü və tunellərin də vəziyyəti dəyişmədiyini, hökumət üzvləri və onların ailə üzvlərinin də tıxaclardan əziyyət çəkdiyini bildirdi. Qeyd etdi ki, çıxış yolu regionların inkişafını sürətləndirmək və Bakıya axının qarşısını almaqdır: “Biz sənaye müəssisələrini regionlarda tikməliyik ki, Bakı boşalsın”. Deputat sahibkarlıq fəaliyyəti ilə bağlı təkliflərini verdi: “Bakıda sahibkarlar üçün vergi güzəştləri elan olundu. Bundan sonra regionlardan sahibkarlar Bakıya axışacaq. Əksinə, elə regionlara güzəştlər edilməlidir”. Deputatın digər təklifi Naxçıvanda istehsal olunan avtomobillərlə bağlı oldu: “Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi əlillər üçün Naxçıvanda istehsal olunan avtomobilləri almışdı. Amma digər dövlət ehtiyacları üçün də bu maşınlar alına bilər. Başa düşürəm ki, yüksək vəzifəli şəxslər üçün o avtomobillər standartlara cavab vermir, amma orta məmurlar üçün almaq olar".

Q.Həsənquliyev məhkəmələrdə daha çox ədalətsiz qərarların qəbul edildiyini dedi: “Yaxşı ki, Bakı Şəhər Apelyasiya Məhkəməsi var, amma onların da qərarlarının böyük hissəsini Ali Məhkəmə ləğv edir. Qəbul edilən qərarların da əksəriyyəti icra olunmur”. Vəziyyətdə dəyişiklik yaratmaq üçün deputat Andlı Məhkəmənin tətbiqini təklif etdi. Çıxışının sonunda Q.Həsənquliyev “Qəbələ RLS-in boşaldılması hökumətin uğurlarından biri idi” bəyanatını səsləndirdi.

Fuad Muradov Səbayeldə küçələrin işıqlandırılmasındakı problemlərdən danışdı. O, həmçinin Bakı şəhərində sıxlığın olması barədə səslənən fikirləri dəstəklədiyini bildirdi və Bakıya xüsusi status verilməsini ideyasını müsbət yanaşdı: “Biz uzun müddətdir müzakirə edirik ki, Bakı şəhərinə xüsusi status verilməlidir. Belə xüsusi status Bakı şəhərində olan infrastrukturun daha səmərəli istifadəsinə, hökumət tərəfindən xüsusi yanaşmasına gətirib çıxaracaq".

Tahir Rzayev özəl tibb müəssisələrinin özbaşınalığından bəhs etdi. Onun dediyinə görə, özəl klinikalar İrandan, Türkiyədən bələd olmadığımız həkimləri gətizdirir: “İranlı həkim uşağa narkotik dərman yazır. Belə həkimlərin ölkəyə axınının qarşısı alınmaldıır”.

Mübariz Qurbanlı bildirdi ki, inzibati yolla Bakını boşaltmaq mümkün deyil. Yalnız regionlarda sənaye mərkəzləri yaradılmalı, yeni iş yerləri açılmalıdır, turizm inkişaf etdirilməlidir.

Zahid Oruc dedi ki, o, iclasın prezidentin rəhbərliyi ilə keçirilən yanvar müşavirəsinin ruhuna uyğun keçirilməsini istərdi. “Bizim əsasımız yoxdur ki, burda ancaq təriflər səsləndirilsin” deyən, deputat bildirdi ki, parlament binasından çıxandan sonra o problemlərlə üz-üzə qalırıq və onları bu hökumət həll edəcək: “Əks təqdirdə, əminəm ki, seçkidən sonra hökumət də yenidən formalaşacaq. Odur ki, o müşavirənin bütün qərarlarını rəhbər tutub regionlara getmək, vətəndaşları dinləmək lazımdır. 2013-ü ildə mən hökumətdən həmin müşavirədə qarşıya qoyulan məsəllərin həllini gözləyirəm”. Deputat sənədsiz evlərin sayının 450 mindən artıq olduğunu deyib bu məsələnin həllinə çağırdı: “Düzdür, bu vətəndaşlar, su, qaz, elektrik enerjisinin haqqını ödəyir. Ancaq onlar hüquqi müstəvidən kənardadır. Çox istərdim ki, cənab baş nazir bu məsələ barədə cənab prezidentə məruzə etsin və bu məsələnin həlli istiqamətində addımlar atılsın”. Z.Oruc kredit faizlərinin yüksək olmasına da diqqət çəkdi, faizlərin aşağı salınması təşəbbüsü ilə çıxış etdi. Deputat qeyri-neft sektoruna vəsaitin artırılmasını da zəruri saydı. “Deməli, 23 sahədə problemlər var ki, Asan Xidmət yaradılıb. Deməli, hardasa çətin xidmət var. Mən hökuməti asan xidmətə keçməyə çağırıram”.

O, anaların müavinətinin artırılmasını da təklif etdi: “Biz müharibə vəziyyətində olan ölkəyik, sabah bu vətənə əsgər lazım olacaq”. Z.Oruc Rusiya və Türkiyə təcrübəsinə diqqət çəkdi. “Bizim rəqibimiz nə milyarderlər, nə siyasi qüvvələr, nə də digərlərdir. Bu millət İlham Əliyevə inanır və ona səs verəcək. Biz problemləri həll etməklə digər qüvvələri arqumentsiz qoyacağıq”.

Deputat İqbal Ağazadə hesabatı qeyri-qənaətbəxş hesab edərək dedi ki, öncə güc strukturları və XİN başçısının iştirak etməməsinə etiraz etdi: “Mən neçə ildir burada güc strukturları və xarici işlər nazirinin hesabatını görmürəm. Konstitusiyaya görə, hökumət tam tərkibdə hesabat verməlidir”. Deputat müxalifətə qarşı YAP çoxluğunun çıxışlarına da etirazını ifadə etdi. O, hesabatın yalnız iqtisadi məsələlərdən ibarət olmasını düzgün saymadı: Siyasi məsələlər, o cümlədən ordudakı vəziyyətlə bağlı burda hökumətə çoxlu suallar var, onlara cavab verilməli idi". Deputat hökumətdən Bakı ŞİH-in aksiyalara icazə verməməsinin səbəbini də soruşdu. Həmçinin hökumətin hesabatını dəlil-sübutlarla sərt şəkildə tənqidi yanaşıb, hesabatı darmadağın etdi. O, hökumətə xitabən “Filan şirkət filan qədər mebel satıbsa, bunun sənə, hökumətə nə aidiyyəti var” deyə, bildirdi. Hökumətin 2012-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı qeyri-qənaətbəxş hesab edən İ. Ağazadə dedi ki, uzun zamandır ki, Milli Məclisdə Qarabağla bağlı müzakirələr aparılmır: “Güc strukturlarının gördüyü işlər barədə də hesabatlar verilməlidir. Burada sonuncu dəfə 2001-ci ildə Qarabağla bağlı müzakirə gedib. Ondan sonra Xarici İşlər Nazirliyinin uzun müddət Qarabağla bağlı hansı işlər gördüyünə dair məlumat verilmir”.

Deputat daha sonra insan haqları və sərbəst toplaşma ilə bağlı məsələlərə də cavab tapılmalı olduğunu bildirdi: “Razılaşdırılmamış aksiyalardan danışılır. Bakı Şəhər İcra Hakimiyyətinin çox maraqlı bir cavabı var. Hansı rayonda desən ki, sərbəst toplaşmaqla bağlı aksiya keçirəcəyəm, hətta məsələ gedib Sumqayıta da çıxsa, axırda 20-ci sahəni və Bibiheybət məscidinin yaxınlığını göstərirlər. Bakı Şəhər İH hansı razılaşdırılmış yerlərin siyahısını verdi ki, qurumlar o siyahıdan yer seçmədi? Elə bir yeri əzbərləyiblər, Xəzərdə, Abşeronda problem olanda, hər kəsə 20-ci sahəni nişan verirlər”. İ.Ağazadə hökumətin hesabatında iqtisadiyyatın düzgün araşdırılmadığını da bildirdi: “Hesabatda göstərilir ki, əhalinin 42 faizi kənd təsərrüfatı sahəsində çalışır. Əgər Azərbaycanın istehsal məhsullarının 90 faiz hissəsi neftə aiddirsə, bu necə olur? Ümumiyyətlə, Azərbaycanı sənayeləşdirmək, vahid sistem düzgün, doğru siyasət deyil. Aqrar sahəni ciddi yeniliklərlə inkişaf etmək lazımdır. Hesabatda iqtisadiyyat düzgün araşdırılmayıb. Yeni iqtisadi doktrina qəbul olunmalıdır, yoxsa ciddi problemlər olacaq”. İ.Ağazadə Nazirlər Kabineti üzvlərinin tam tərkibdə hesabat verməli olduğunu da dedi: “Beynəlxalq təşkilatları Azərbaycanda insan haqları ilə bağlı narahat edən məsələlər hökumətin hesabatına niyə salınmayıb? Hökumət bilavasitə ortaya çıxan suallara cavab verməlidir. Ordu ilə bağlı suallara da hökumət üzvləri bu gün parlamentdə cavab verməli idi”. İ.Ağazadə dedi ki, kənd təsərrüfatına əsaslı qoyuluşların faizi çox aşağıdır: “Ölkənin ixrac potensialının 94 faizini neft və neft məhsulları təşkil edir. Burada meyvə-tərəvəz yalnız 1,1 təşkil edir. Azərbaycan vətəndaşına gündəlik 8 qram ət, 300 qram kartof, 360 qram çörək düşür”.

Fazil Mustafa isə bildirdi ki, biz ölkədəki vəziyyəti nə qədər tərifləsək ki, real vəziyyət başqadır: “Əhalinin yaşayış səviyyəsində yaxşılığa doğru dəyişən çox az şeylər var. Hökumət cənab prezidentin çıxışları zamanı bloknota etdiyi qeydləri yerinə yetirsə, vəziyyət yaxşılığa doğru dəyişər. Gedin ”Binə"də, “Sədərək”də nə baş verdiyini gözünüzlə görün. Bir gün 100 manat vergidən kənar istəyirlər, sabah ayrı məbləğ tələb edirlər. Heç olmasa rüşvəti sabit qaydada istəmirlər". “Səudiyyə Ərəbistanında həkimin maaşı 5 min, bizdə 150 manatdır. 5 min maaş alan hansı həkim rüşvət alar?” deyən deputat hazırkı qaydada rüşvətə qarşı aparılan mübarizənin faydasızlığından bəhs etdi. O, müəllim və həkimlərin maaşını 50-60 faiz qaldırmağı təklif etdi: “Hökumətin hesabatında korrupsiya ilə mübarizəyə yer ayırmaq əsas deyil, önəmli olan problemə qarşı mübarizədir. Faktiki olaraq bu mübarizə aparılmır. Əsas diqqət praktiki mübarizəyə yönəlməlidir. Sadəcə həkimin, müəllimin 50 manat rüşvətə görə həbs edilməsi korrupsiya ilə mübarizə deyil. Bu mübarizə cəmiyyətdə dəyərlərin dəyişməsindən, yüksək vəzifəli şəxslərin qanuna əməl etməsindən başlamalıdır. Çox təəssüf ki, bu baş vermir. Qanunlara görə, dövlət qulluqçusu hər il işlədiyi orqanın rəhbərinə öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərinin mənbəyini, növünü və məbləğini göstərməlidir. Amma bu qayda işləmir. Hər şey nazirlərin, yüksək səviyyəli məmurların qanuna münasibətindən başlayır. Yuxarıdan başlamayan proses yalnız başqalarına ziyan vurmaq məqsədi güdə bilər. Köklü islahatlar aparılmalıdır”.

Əli Əhmədov isə hökumətin hesabatını məqbul sayaraq bildirdi ki, son zamanlar əhali arasında təbəqələşmə gedir. Bu məsələdə problemlərin olduğunu deyən Ə.Əhmədov qeyd etdi ki, xüsusilə büdcə təşkilatları adından maliyyələşən pensiyaçıların, müəllimlərin, həkimlərin, elm işçilərin maaşları artırılmalıdır. O, aztəminatlı insanların məvaciblərinin qaldırılmasını onların həyat şəraitinin yaxşılaşdırılmasını da vacib saydı.

Bəxtiyar Əliyev müəllimlərin statusu ilə bağlı məsələni qaldıraraq dedi ki, bu bir neçə il bundan əvvəl müəllimlərə xüsusi statusun verilməsi üçün sərəncam imzalansa da, məsələ hələ ki, açıq qalıb. Deputatın fikrincə, bu statusun müəyyənləşməsi bir sıra məsələlərin həllinə kömək edə bilər.

Qənirə Paşayeva da müəllimlərə və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsini qaldırdı: “2011-ci il aprelin 20-də prezident cənab İlham Əliyev sərəncam verib ki, 3 ay müddətində Nazirlər Kabinetində təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsi ilə bağlı konsepsiya layihəsi hazırlansın. Təhsil Nazirliyi də Nazirlər Kabinetinə bununla bağlı öz təkliflərini ötən il göndərmişdi. Artıq 1 il yarımdan çox vaxt keçib. Bu məsələ ilə bağlı vəziyyət nə yerdədir?” Q.Paşayeva Parlament Jurnalistlər Birliyinin Xocalıda hər iki valideynini itirmiş uşaqlarla bağlı təşkil etdiyi görüşdən də danışdı. Bildirdi ki, həmin uşaqların problemləri var. Hökumət nümayəndələrinin orada olmasını nəzərə alan deputat hər iki valideynini itirmiş uşaqların mənzil problemini də onlara çatdırdı: “Uşaqların mənzil problemləri həll olunsa, bu, Allaha da xoş gedər”. Daha sonra gənclərin siqaret aludəçiliyi ilə bağlı danışan Q.Paşayeva qeyd etdi ki, qanunda 18 yaşından aşağı uşaqlara siqaret satmaq qadağandır: “Amma indi ən balaca uşağa belə siqaret satılır”.

Əli Məsimli deputat seçildiyi Şəki rayonunda 63 kəndin yalnız 17-nin qazlaşdırıldığını baş nazirin və nazirlərin diqqətinə çatdırdı. Onun fikrincə, Azərbaycanın 80 faizinin qazlaşdırılması fonunda bu, çox aşağı rəqəmdir: “Göstərilib ki, 2013-cü ildə Şəkinin 50 kəndi qazlaşdırılacaq. Amma bu ilin 9 ayı qalıb, məncə, 10-15 kəndin qazlaşdırılması realdır”. Ə.Məsimli indiki həssas dövrdə gənclərin sosial problemlərinə daha çox diqqət ayrılmasının vacib olduğunu hesab edir: “Gənclər üçün dövlət proqramında nəzərdə tutulan bəndlər qrafikə uyğun surətdə yerinə yetirilməlidir. Mənzil problemini həll etmək üçün gənclər üçün elə binalar tikmək olar ki, gənc ailələr orada kirayədə olduğu kimi ayda 100-120 manat ödəməklə yaşaya bilsinlər”.

Ümumilikdə 35 deputatın çıxış etdiyi iclasın sonunda hökumətin hesabatı 104 lehinə, 2 əleyhinə, 1 bitərəf olmaqla qəbul edildi.


Teqlər:
Bu xəbər cəmi 1405 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR