Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Azərsu" bu il qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib

“Azərsu” ASC-də içməli su təchizatı və kanalizasiya sektorunda 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.


Cəmiyyətdən Aktual.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edib, yeni infrastruktur layihələri həyata keçirilib, əhalinin sosial rifahı daha da yaxşılaşıb.



 



Azərbaycanda infrastruktur sahələrində, o cümlədən su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr həyata keçirilib: “Əhalinin içməli su təchizatının yaxşılaşdırılmasını prezident İlham Əliyev prioritet vəzifə kimi müəyyənləşdirib. Bu vəzifələrdən irəli gələrək cəmiyyət tərəfindən 2014-cü ildə geniş tikinti quraşdırma işləri həyata keçirilib. Saatlı və Sabirabad şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmış Kür Sutəmizləyici Qurğuları-Saatlı-Sabirabad magistral su xəttinin tikintisi başa çatdırılıb. Həmçinin yeni mənbələrdən Gəncə, Beyləqan şəhərlərinə içməli suyun verilməsi təmin edilib. Hesabat dövründə beynəlxalq maliyyə qurumları ilə birgə layihələrin icrası sürətləndirilib. Göyçay və Ağdaş şəhərlərində su və kanalizasiya şəbəkələri yaradılmış, Gədəbəy və Astara şəhərlərində yeni  layihənin icrasına başlanılıb”.



 



“Azərsu” ASC-nin sədri bildirib ki, il ərzində  istehlakçılara 285 mln. kubmetr içməli su verilib, 184 mln. kubmetr tullantı sularının axıdılması xidmətləri göstərilib: “İl ərzində ölkə üzrə 1185 km içməli su, 325 km kanalizasiya xətləri çəkilib, 39 ədəd su anbarı tikilib, 10 ədəd artezian və subartezian quyuları qazılıb, 146 minə qədər sayğac quraşdırılıb. Bununla da ölkə üzrə sayğaclaşma səviyyəsi 57 faizə yüksəlib. Görülmüş tədbirlər nəticəsində 357 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb. Belə ki, 259 min nəfər fasiləsiz içməli su ilə təmin olunub, 156 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su alıb. İl ərzində abunəçilərin sayı 113 min artaraq 1 mln. 322 minə çatıb”.



 



Q. Hüseynov bildirib ki, hesabat dövründə ümumi tutumu 753 min kubmetr olan 44 mərkəzi və 338 məhəllədaxili su anbarı, 551 km uzunluğunda kanalizasiya kollektoru və xətləri yuyularaq təmizlənib: “Kadr  hazırlığı və təlimlərin keçirilməsi Səhmdar Cəmiyyətin prioritet vəzifələri olaraq qalır. 2014-cü ildə  regionlarda 7 təlim keçirilib və cəmiyyətin müxtəlif sahələrini təmsil edən 1 250 əməkdaşı təlimlərə cəlb olunub. Ümumilikdə 2014-cü ildə 3 800 işçiyə təlim verilib”.



 



Sonra “Azərsu” sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov, İşlər idarəsinin rəisi Möhsün Quliyev, “Sumqayıt Sukanal” İdarəsinin rəisi Ədalət Bağırov, “Mingəçevir Sukanal” İdarəsinin rəisi Mustafa Kərimov və Səbail rayon Sukanal idarəsinin rəisi Rauf Osmanov hesabat məruzəsi ilə çıxış edərək, müvafiq sahələr üzrə  2014-cü ildə görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.



 



Q. Hüseynov iclasa yekun vuraraq 2015-ci ildə görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını verib. 2015-ci ildə Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin davam etdiriləcəyini deyən sədr bu il də beynəlxalq layihələr çərçivəsində bir sıra rayonlarda işlərə başlanılacağını diqqətə çatdırıb.



 



2015-ci ildə Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun, Su sayğaclarının təmiri və sınağı laboratoriyasının, Təlim-Tədris Mərkəzinin fəaliyyətə başlaması planlaşdırılır. “Azərsu” sədri su itkilərinin azaldılması məqsədi ilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması, istismar, yığım səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlərin davam etdirilməsi barədə ciddi tapşırıqlar verib. Qeyd olunub ki, Müştəri informasiya sistemlərinin yaradılması istiqamətində işlər müsbət nəticələr verir və bu sistemin tətbiqi digər rayonlarda da həyata keçiriləcək.



 



2015-ci ildə İ Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar xidmət təşkilatı kimi “Azərsu”nun  da üzərinə mühüm vəzifələr düşür. “Azərsu” sədri bildirib ki, ölkəmizə xaricdən xeyli sayda idmançı və turistin gələcəyi nəzərə alınaraq idman yarışlarının keçiriləcəyi yerlərdə, turizm və iaşə obyektlərində içməli su və kanalizasiya sistemlərinin normal fəaliyyətinin təmin olunması diqqətdə saxlanılacaq.


Teqlər:
Bu xəbər cəmi 940 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR