Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Şeyxin qızı ilə professorun bitməyən torpaq davası

Şeyxin qızı ilə professorun bitməyən torpaq davası
Ramiz Hacılı qanuni torpaq sahəsini Kafiyə Paşazadənin ələ keçirdiyini bildirir

Vəkil: «Məhkəmə Ramiz Hacılının bələdiyyə ilə alqı-satqı qərarını ləğv edib»


“"Konstitusiyada yazılıb ki, mülkiyyət hüququ dövlət tərəfindən qorunur. Amma illərdir ki, mənə məxsus mülkiyyətim əlimdən alınıb və mən haqqımı bərpa edə bilmirəm".  Bu sözləri Bakı şəhər sakini, professor Ramiz Hacılı deyir. 


 


Sənədlərə məhəl qoyulmur






Professorun sözlərinə görə, Nərimanov rayonu M.Nağıyev küçəsi 1-ci döngə ünvanında yerləşən 6 sot torpaq sahəsi Paşazadə Kafiyə Allahşükür qızı tərəfindən mənimsənilib, orada üçmərtəbəli mülk tikdirilib. Torpağın Ramiz Hacılıya aid olması ilə bağlı mülkiyyət şəhadətnaməsinə isə heç bir məhkəmə orqanı məhəl qoymur: "Bu ərazi 1974-cü ildə Nərimanov rayon Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin qərarı ilə qaraj tikintisi üçün mənə verilib. Sovet quruluşu dağılandan sonra qanunvericilik sənədlərinə uyğun olaraq torpağı öz adıma rəsmiləşdirdim. Qarajın ətrafındakı boş torpaq sahəsi zibilliyə çevrilmişdi. Oranı da abadlaşdıraraq, istifadə etmişəm. Abadlaşdırdığım torpaq sahəsinin istifadəmə verilməsi üçün Nərimanov Bələdiyyəsinə müraciət etdim və mənimlə bələdiyyə arasında 2000 kv.m torpaq sahəsinin 10 il müddətinə icarəyə verilməsinə dair 1 avqust 2005-ci il tarixli 36 saylı müqavilə bağlandı. Sonradan həmin torpaq sahəsinin mənə satılması barədə Nərimanov Bələdiyyəsinə müraciət etdim. Nərimanov Bələdiyyəsinin 9 yanvar 2006-cı il tarixli 01 saylı iclas protokolu ilə icarəmdə olan torpaq sahəsinin 542 kv.m hissəsinin mənə satılması qərara alındı və aramızda torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlandı".  


Professor deyir ki, bundan sonra Nərimanov Bələdiyyəsi tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət olunub və həmin sahə dövlət torpaq kadastrında onun adına qeydə alınıb.  


"Mülkiyyətimdə olan torpaq sahəsində ev tikmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə və Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etdim. Bakı şəhər İcra Hakimiyyəti  Memarlıq və Şəhərsalma Baş İdarəsi və Nərimanov rayon İcra Hakimiyyəti də razılıq verdi. Ancaq aldığım həmin sahə qeyri-qanuni zəbt olundu" - deyir Ramiz Hacılı. 


Ziyalının sözlərinə görə, əvvəlcə Kafiyə Paşazadənin evinin 100 kvadratmetri onun sahəsinə düşürmüş.  Lakin evi tikəndən sonra hasar çəkib daha 300 kvadratmetr ərazini də zəbt edib.


 


Paşazadələr ailəsi






Kafiyə Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qızıdır.  Kafiyə xanımın əlində torpağın mülkiyyət hüququ ilə bağlı heç bir sənəd yoxdur. Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə Kafiyə Paşazadənin Ramiz Hacılıya məxsus zəbt etdiyi torpaq sahəsindən çıxarılması qərara alınıb. Sonra Paşazadənin apellyasiya şikayəti təmin edilərək, Ramiz Hacılıya ev tikintisi üçün verilmiş Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı ləğv edilib. Ramiz Hacılının Paşazadəyə məxsus torpaq sahəsindən çıxarılması qət edilib. 


Professor illərdir üzləşdiyi problemlərlə bağlı əlaqədar orqanlara, eləcə də dövlət başçısı İlham Əliyevə şikayət məktubları yazır. Hətta 2009-cu ildə məsələ ilə bağlı mətbuat konfransı da keçirilib. Ancaq bu günə qədər zəbt olunmuş torpağın bir qarışı belə geri qaytarılmayıb.  


Ramiz Hacılının prezidentə ünvanladığı məktubunda deyilir: "...Hazırda həmin torpaq sahəsinin giriş darvazasının sağ hissəsi özbaşına olaraq Paşazadə Pakizə Qənbər qızı tərəfindən zəbt edilmiş və həmin sahədə fərdi ev tikilmişdir. Torpaq sahəsində olan qarajım sökülmüş və qarajdakı tikinti materialları oğurlanmışdır. Məhkəmələrin qanunsuz qərarından ruhlanan Paşazadələr ailəsi mənə məxsus həmin torpaq sahəsində Paşazadə Pakizə Qənbər qızının adına yeni ev tikmişlər. Həmin evin tikintisinə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2 sentyabr 2008-ci il tarixli 433 saylı sərəncamı ilə razılıq verilmişdir. Sərəncamda qeyd edilir ki, guya həmin ərazidən Paşazadə Pakizə Qənbər qızı uzun müddət bağ sahəsi kimi istifadə etmişdir". 


Ramiz Hacılı deyir ki, şikayətindən sonra Prezident Administrasiyasının Dövlət Nəzarəti Şöbəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov bələdiyyəsi məsələni araşdıraraq ərazi üzərində onun mülkiyyət hüququnu tanıyıb. Adı çəkilən qurumların birgə qərarı ilə Kafiyə Paşazadəyə tikintini dayandırmaq göstərişi verilib. Ancaq tikinti nəinki dayandırılıb, əksinə, üç mərtəbəli binanın tikintisi başa çatdırılıb.


Maraqlıdır ki, Kafiyə Paşazadə də Ramiz Hacılını məhkəməyə verib. Professor deyir ki, əslində onun belə bir hüququ yoxdur: "İlk iddiada Nərimanov Bələdiyyəsinin, icra hakimiyyətinin nümayəndələri iştirak edirdi. Onlar da bildirdilər ki, K.Paşazadənin iddiaçı kimi məhkəməyə müraciət etmək haqqı yoxdur. Mülki Prosessual Məcəlləyə görə, yalnız mülkiyyət hüququ pozulan şəxs məhkəmə qarşısında belə bir iddia qaldıra bilər. K.Paşazadənin nə torpağı, nə də ev tikmək üçün icra hakimiyyətinin sərəncamı var. Mən sizi əmin edirəm ki, bu, başqa bir şəxs olsaydı, onun haqqında özbaşına torpaq zəbt etmə maddəsi ilə cinayət işi başlanardı.


 


"Bəlkə də Allahşükür Paşazadə xəbərsizdir"






Ramiz Hacılı dəfələrlə şeyxlə görüşüb məsələni aydınlaşdırmaq istəyib.  Ancaq indiyədək bu, mümkün olmayıb. Professor dəfələrlə şeyxin qəbuluna getsə də, onunla görüşə bilməyib. Bununla belə, Ramiz Hacılı düşünür ki, cənab Paşazadə torpağın zəbt edilməsindən xəbərsizdir: "Bəlkə də ona və ailəsinə torpağı satan adam yanlış məlumat verib.  Başqa cür mümkün də deyil. Ola bilməz ki, bütün Qafqazın Şeyxi, bütün müsəlmanların ən güvəndiyi adam, Allah adamı kimi tanıdığımız şəxs halallıq almadan kiminsə torpağında ev tikilməsinə icazə versin". 


Qarşı tərəf isə deyilənləri qəbul etmir. Kafiyə Paşazadənin nümayəndəsi Rafiq Abdullayev "Azadlıq" radiosuna açıqlamasında deyir ki, Nərimanov Bələdiyyəsi ərazidə qanunsuz olaraq torpaq sahələri satıb. Sözügedən ərazi bələdiyyə torpağı deyil. Kafiyə Paşazadə isə dövlət mülkiyyətində olan həmin ərazini 2004-cü ildə icra hakimiyyətindən qanunla alıb. Buna görə də məhkəmə Ramiz Hacılının bələdiyyə ilə alqı-satqı qərarını ləğv edib. Nümayəndə Rafiq Abdullayev onu da vurğulayıb ki, Şeyx, ümumiyyətlə, bu məsələyə qarışmır. 


Hazırda mülki iş Ramiz Hacılının apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində araşdırılır. İş üzrə məhkəmə - yer quruluşu ekspertizası təyin edilib və iş rəy verilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilib. Rəy verilənədək iş üzrə icraat dayandırılıb.


P.S. Paşazadələr ailəsi bu barədə mətbuata açıqlama vermək istəmirlər. Bu səbəbdən də onların fikrini öyrənmək mümkün olmayıb. Qarşı tərəfin fikrini dərc etməyə hazırıq.

Teqlər:
Bu xəbər cəmi 2535 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR