Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

29 yaşlı qadın doğuş zamanı ölüb- Lənkəranda

29 yaşlı qadın doğuş zamanı ölüb- Lənkəranda
Lənkəran rayonunda 29 yaşlı qadın doğuş zamanı ölüb.


Yenimeydan.info APA TV-yə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) Doğum şöbəsində qeydə alınıb. Ciftin tam ayrılması, hemoragik şok və 34-35 həftəlik hamiləlik diaqnozu ilə xəstəxanaya daxil olan Cəlilabad rayonunun Alar kənd sakini, 1986-cı il təvəllüdlü Rəhimə Şahəli qızı Nuriyeva dərhal əməliyyata götürülüb. Qeysəriyyə əməliyyatı olunan qadının 3,7 kiloqramlıq oğlan uşağı dünyaya gəlib. Doğuşdan dərhal sonra R.Nuriyevanın təzyiqi düşüb, qanaxma baş verib. Həkimlərin səylərinə baxmayaraq, ananın həyatını xilas etmək mümkün olmayıb.



R.Nuriyevanın meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.



İlkin versiya olaraq, qadının ölümünə kəskin qanaxmanın və ya ağciyər arteriyasının tromboemboliyasının səbəb olduğu bildirilir. Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.



Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.


Teqlər:
Bu xəbər cəmi 1140 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR