Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Valyuta ehtiyatı 2,3 milyard dollar azalıb”

“Valyuta ehtiyatı 2,3 milyard dollar azalıb”


“Mərkəzi Bank son iki ayda valyuta ehtiyatının 15%-dən çoxunu itirib”. Bu sözləri iqtisadçı ekspert Samir Əliyev social şəbəkədə yazıb. Ekpsertin sözlərinə görə, ötən ilin iyulundan başlayaraq Mərkəzi bankın valyuta ehtiyatının azalması tendensiyası bu il də davam edib. 



 



Fevralın 1-nə Bankın valyuta ehtiyatlarının həcmi 12680.8 milyon dollar olub. Təkcə, yanvar ayında ehtiyat 1077, 5 milyon dollar və ya 7,8% azalıb. Bu, 2013-cü ilin may ayından bəri ən aşağı göstəricidir. Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları artıq 6-cı aydır ki, azalır. Ötən ilin iyul ayında ehtiyatın həcmi özünü ən yüksək həddində olub - 15193 milyon dollar. Sonrakı aylarda azalma müşahidə edilib. Azalma daha çox dekabr ayına təsadüf edib. Mərkəzi Bank ötən ilin son ayı 1238 milyon dollar itirib”.



S. Əliyev bildirib ki, manatın sabitliyi üçün Mərkəzi Bank son iki ayda valyuta ehtiyatının 15%-dən çoxunu itirib: “Dekabr-yanvar aylarında ehtiyat 2,3 milyard dollar azalıb.



Yanvar ayında da ehtiyatın azalması gözlənilirdi. Mərkəzi Bankın valyuta ehtiyatının azalmasının səbəbi bir tərəfdən Rusiya amilidirsə, digər tərəfdən neftin ucuzlaşması səbəbində devalvasiya gözləntilərinin artmasıdır. Bazarda Neft Fondunun da aktiv iştirakına rəğmən Mərkəzi Bank uzunmüddəti təzyiqə davam gətirə bilməyəcək. Xüsusilə də avronun manatla bərabərləşdirilməsi fikri manatdan imtina hallarını daha da artırıb. Əmanətin strukturunda manatın payı dolların xeyirən azalması müşahidə edilir.



Proqnozlaşdırdığımız kimi 2015-ci il manatı çətin sınaq gözləyir. Mərkəzi Bank manatın sabitliyini təmin etmək üçün valyuta ehtiyatının əhəmiyyəti hissəsini xərcləməli olacaq. Neft Fondunun dəstəyi də əvvəlki səviyyədə deyil. Çünki Fondun öz qayğıları var. İstənilən halda hər şey dünya bazarında neftin qiymətinin hansı istiqamətdə hərəkət etməsindən asılı olacaq. Hələki proseslər manatın zərərinə işləyir”.


Teqlər:
Bu xəbər cəmi 755 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR