Azərbaycan prezidenti, hökümət üzvləri və elm xadimləri riyaziyyatçı alim, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Akif Cəfər oğlu Hacıyevin vəfatı ilə bağlı nekoloq imzalayıblar.
Nekroloqda bildirilir ki, Akif Hacıyevin araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilən 100-dən artıq elmi əsərdə və 4 monoqrafiyada əksini tapıb. Alimin rəhbərliyi altında Azərbaycanda və Türkiyədə onlarla riyaziyyat üzrə fəlsəfə doktoru və fizika-riyaziyyat elmləri doktoru hazırlanıb. Mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çoxsaylı çıxışları ilə Akif Hacıyev Azərbaycan elmini layiqincə təmsil edib.
Nekroloq İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev və digərlərinin adından verilib.