Türkiyəli müğənni Gökhan Özen Bakıda konsert vermək istəyir. “Qafqazinfo”nun məlumatına görə, ötən il 89-cu “Miss Globe İnternational” müsabiqəsi üçün ölkəmizdə konsert verən müğənni bu haqda sosial şəbəkədə yazıb:
“Kristal Hallda keçirilən konsertdən kadrdır. Bakı üçün darıxdım”.
Qeyd edək ki, ifaçı səhnəyə “Stop killing childiren Gazze” (Uşaqları öldürməyə son qoyun) yazılan köynəklə çıxaraq dünyaya sülh çağırışı etmişdi.