Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Prezident departamenti niyə ləğv etdi?

Prezident departamenti niyə ləğv etdi?
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Strukturu”nda dəyişiklik edilməsi haqqında sərəncam verib. Sərəncama əsasən Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamenti ləğv edilib.


Ölkə başçısının bu qərarını təhlil edən iqtisadçı ekspert Qadir İbrahimli “Yeni Müsavat”a bildirib ki, bu, struktur dəyişikliyi olmaqla yanaşı, həm də işçilərin ixtisarıdır: “Hər hansı qurumda birbaşa ixtisarlar aparanda bu, cəmiyyətdə psixoloji gərginliyə səbəb olur. İnsanlar düşünürlər ki, bununla dövlət qurumlarında ixtisarlara start verildi. Ancaq hansısa bir strukturu ləğv edəndə onda ixtisar aparmağa ehtiyac qalmır, orada çalışan insanlar avtomatik olaraq işdən azad olunmuş sayılır. 



Bakı Şəhər Vergilər Departamenti Vergilər Nazirliyinin ən nəhəng strukturu idi. Bildiyiniz kimi, Azərbaycanda vergilərin 82-83 faizi Bakı şəhərindən toplanır. Həmin departamentin ləğv edilməsi o deməkdir ki, orada çalışan işçilərin 25-30 faizi Vergilər Nazirliyində işə götürüləcək, qalan 70 faizi isə işsizlər ordusuna qatılacaq. Mən bunu ölkənin neft gəlirlərinin azalması fonunda dövlət strukturlarında ixtisarların başlanması kimi qiymətləndirirəm. Çox güman ki, digər nazirliklərdə də analoji addımlar atılacaq”. 



Qeyd edək ki, bir neçə gün öncə Bakıda xırda sahibkarlıqla məşğul olan vətəndaşlardan bir neçəsi “Yeni Müsavat”ın redaksiyasına müraciət edərək Vergilər Nazirliyi müfəttişlərinin hər ay onlardan xərac topladığını bildiriblər. Sahibkarların sözlərinə görə, tələb olunan məbləğdə pulu verməkdən imtina etdikdə, müfəttişlər onları “dövlətçiliyə qarşı çıxırsan” ifadəsi ilə şantaj edirlər. Şikayətçilər qeyd edirlər ki, onlardan gəlirlərinin xronometrajını tələb edən vergi əməkdaşları əvvəllər ildə bir dəfə gəlirdilərsə, indi hər ay gəlirlər.



Bu iddialara münasibət bildirən ekspert Qadir İbrahimli bunu dövlət büdcəsinin gəlirlərinin azalması ilə əlaqələndirdi: “Burada təbii ki, qanuni məsələlər də var. Ancaq problemin başqa bir tərəfi odur ki, dövlət büdcəsinin gəlirləri azaldığından Vergilər Nazirliyi məcburdur ki, özünün mövcud daxili vergi qaynaqlarını nəzarətə götürsün və həmin obyektlərdən daha çox vergi toplansın. Bu zərurətdən bəzi vergi müfəttişləri maxinasiya kimi istifadə edirlər, lazım olmadığı hallarda belə sahibkarın fəaliyyətinə müdaxilə edirlər. Ancaq əsasən götürsək, hazırda həm Maliyyə Nazirliyində, həm də Vergilər Nazirliyində gəlirlərin artırılması və xərclərin maksimum ixtisarı ilə bağlı çox ciddi müzakirələr gedir. Bunun nəticəsi kimi Vergilər Nazirliyi vergi tutma bazasını genişləndirmək üçün sahibkarlara müdaxilə edir. Belə hallarda sahibkarlar qanunla öz hüquqlarını tələb etməlidirlər. Təbii ki, demək olmaz ki, bütün sahibkarlar çox yaxşı vergi ödəyiciləridirlər. 



Vergidən yayınma hallarına yol verilir, bu təcrübə bütün dünyada var. Vergidən yayınma hər bir sahibkarın ilkin məqsədlərindən biridir. Sahibkarlar çalışırlar ki, daha çox gəlir əldə edib, daha az vergi ödəsin. Bu hallar da vergi müfəttişlərinin sahibkarlardan qeyri-rəsmi vergi yığmasına təkan verir. Bu, kompleks bir məsələdir. Burada həm vergi strukturlarının, həm də sahibkarların məsuliyyət həddi müəyyən olunmalıdır. Hesab edirəm ki, bu məsələ növbəti aylarda daha aktual olacaq. Çünki ölkənin neft gəlirləri azalıb. Bu boşluğun digər mənbələr hesabına kompensasiya edilməsi müzakirəyə çıxarılıb və müzakirələr davam edir. Vergi müfəttişlərinin sahibkarlardan vergilər toplamaq səlahiyyəti var və bu onların missiyasıdır. Ancaq bundan sui-istifadə edib xərac toplanması qanuna ziddir”.



Sahibkarların şikayəti ilə bağlı sorğumuza Vergilər Nazirliyinin mətbuat xidmətindən belə cavab verilib: “Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.



Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Məcəllənin 24-cü maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi ödəyicilərinin hüquqları və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifələrinə, 23-cü maddəsinə əsasən isə, bu məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir.



Vergi orqanlarının qərarlarından razı qalmayan vergi ödəyiciləri yuxarı vergi orqanına və ya məhkəməyə şikayət edə bilərlər.



Bildiririk ki, vətəndaşlar, o cümlədən vergi ödəyiciləri tərəfindən konkret məsələlərlə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə daxil olan hər bir müraciət araşdırılır və lazımi tədbirlər görülərək qanuna müvafiq qaydada cavablandırılır".



***



Sonda qeyd edək ki, Vergilər Nazirliyinin Bakı Şəhər Departamentinin ləğvini neftin qiymətinin düşməsi fonunda dövlətin artıq yüklərdən xilas olması üçün başladılan ixtisar hesab edənlər də var, Fazil Məmmədovun vurulmasının başlanğıcı  sayanlar da. Azərbaycanda belə bir ənənə var ki, vurulması planlaşdırılan nazirin, komitə sədrinin öncə səlahiyyətləri azaldılır, inzibati imkanları məhdudlaşdırılır, sonra onu işdən alırlar, bəzən də proses daha pis istiqamətlərəcən inkişaf edir. Yəqin yaxın zamanlarda Fazil Məmmədovla da bağlı vəziyyət aydınlaşacaq...


Teqlər:
Bu xəbər cəmi 2305 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR