Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bu il Azərbaycanda dərslər vaxtından əvvəl başa çatacaq

Bu il Azərbaycanda dərslər vaxtından əvvəl başa çatacaq
Bu il Azərbaycan məktəblərində dərslər vaxtından əvvəl başa çatacaq. APA-nın xəbərinə görə, hər il olduğu kimi, bu il məktəblərdə dərslər mayın 31-də deyil, daha tez zamanda yekunlaşacaq. Belə ki, Azərbaycan məktəblərində “Son zəng” tədbirinin keçiriləcəyi vaxtın dəyişdirilməsi nəzərdə tutulub. Bu il mayın 31-i bazar gününə düşdüyündən, “Son zəng” tədbirlərinin vaxtında dəyişiklik ediləcək. Azərbaycanda tədris həftəsi 5 günlük olan orta məktəblərdə “Son zəng”in mayın 29-da, tədris həftəsi 6 günlük olan orta məktəblərdə isə mayın 30-da çalınacağı ehtimalı var. Qeyd edək ki, indiyə qədər ümumtəhsil məktəbində dərs məşğələləri bir qayda olaraq sentyabrın 15-də başlayıb və mayın 31-də başa çatıb. Nazirlər Kabinetinin Təhsil Nazirliyinin təklifini nəzərə alaraq, dərs ilinin artırılması ilə bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikliyə əsasən, gələn tədris ilində ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr-26 yanvar, ikinci yarımil 1 fevral-14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən ediləcək.

Teqlər:
Bu xəbər cəmi 1345 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR