Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Həkimlər üçün cəzalar müəyyənləşir - QANUN DƏYİŞİKLİYİ

Həkimlər üçün cəzalar müəyyənləşir - QANUN DƏYİŞİKLİYİ

Azərbaycanda təcili tibbi yardım istisna olmaqla lisenziyadan kənar tibbi yardım göstərən, o cümlədən xəstələri təyinatı üzrə istiqamətləndirməkdən boyun qaçıran həkimlərə, digər tibb işçilərinə cəza sanksiyaları tətbiq olunur.


 


Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 65-3.1 və 65-3.2 maddələrinin əlavə olunması təklif olunur.


 


Layihəyə əsasən, yeni 65-3.1-ci maddədə deyilir ki, “Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manata qədər, vəzifəli şəxslər 800 manatdan 1000 manata qədər, hüquqi şəxslər isə 2000 manatdan 3000 manata qədər cərimə olunur”.


 


Maddə 65-3.2-də isə bildirilir ki, “Tibb işçiləri öz vəzifələrini yerinə yetirərkən ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi tələb olunan şəxsləri bu yardımı göstərən tibb müəssisələrinə göndərmədiklərinə görə fiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslər 500 manatdan 800 manata qədər cərimə edilirlər”.


 


Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti ilk iclasda müzakirəyə çıxarılacaq

Teqlər:
Bu xəbər cəmi 1930 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR