Bərdə Texniki Yaradıcılıq Mərkəzində Bərdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə istedadlı uşaq və yeniyetmələrin əl işlərindən ibarət “Gənclər gününə” həsr olunmuş sərgi müsabiqəsi keçirilib.
Müsabiqədə Texniki Yaradıcılıq Mərkəzinin və Uşaq yardıcılıq mərkəzinin dərnək üzvlərinin 150 dən çox əl işləri nümayiş etdirilib. Sərgidə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov, Təhsil şöbəsinin metodiki mərkəzin direktoru Xuraman Qurbanova, metodist Sevil Əliyeva, Uşaq Yaradıcılıq Mərkəzinin müdiri Səadət Hüsiyeva, Texniki Yaradıcılıq Mərkəzinin müdiri Nəcibə Rzayeva iştirak ediblər. Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri, Vahid Şərifovun (yük maşını), Ayxan Nərimanovun (gəmi), Günel Əlizadənin (kosmik raket), Arif Sadıqzadənin (raketdaşıyan maşın), Camal Abdullazadənin (tank) hazırladıqları müxtəlif texnikalar mükafata layiq görülüb.
Sərgidə həmçinin Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri İlknur Qasımovanın (Şuşa qalası), Rəvan İsmayılovun (kibrit çöplərindən hazırlanmış ev), Nərgiz Quliyevanın (buta) hazırladıqları əl işləri mükafata layiq yerləri tutub.
Qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.