Azərbaycan Gəncləri günü Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İstehsalat Birliyində qeyd olunub.
“Qafqazinfo” azinform-a istinadən xəbər verir ki, əvvəlcə “Aztelekom” İstehsalat Birliyində çalışan gənc mütəxəssislər və kollektivin nümayəndələri “Fəxri Xiyaban”a gələrək mərhum prezident Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Sonra tədbir birliyin “Konfrana zal”ında davam edib. Tədbiri giriş sözü ilə “Aztelekom” İB-nin baş direktoru Məhəmməd Məmmədov açaraq gəncləri bayram münasibəti ilə təbrik edib. O, dövlət gənclər siyasətinin uğurlarından, gənclərin ölkəmizin ictimai-mədəni, sosial-iqtisadi həyatında fəal iştirakından, beynəlxalq tədbirlərdə, möhtəşəm idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiklərindən danışıb.
Tədbir “Aztelekom” İB-nin texniki sahədə əldə etdiyi nailiyətlərini qazanılmasında və birliyin ictimai həyatında fəallıq göstərən gənclərə “Fəxri Fərman”ların təqdim olunması ilə yekunlaşdı.