Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycan səhiyyəsində yenilik – Fotolar

Azərbaycan səhiyyəsində yenilik – Fotolar


Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bir çox tədbirlər həyata keçirilir. Belə tədbirlər sırasında 2014-cü ilin dekabr ayının 29-da nazirliyin bu ilin son və ən müasir standartlara cavab verən ES (Elektron Səhiyyə) xidməti fəaliyyətə başlayıb. 



 



“Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində yaradılmış mərkəzdə əhaliyə ilkin olaraq, 15 elektron xidmət göstərilir. Həmin xidmətlərə tibb müəssisələrinə işə qəbulla əlaqədar müraciətlər, tibb mütəxəssislərinin sertifikasiyası, lisenziyaların verilməsi, dərman vasitələrinin dövlət qeydiyyatından keçməsi, xaricdə tibb təhsili almış vətəndaşların işə buraxılması, səhiyyəyə aid hüququ məsləhətlər, tibb mütəxəssislərinin hazırlığa və ixtisasartırma kurslarına göndərilməsi, tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi və səhiyyəyə aid olan digər məsələlər daxildir.



Burada «bir pəncərə» prinsipi ilə vaxt itkisinə yol vermədən keyfiyyətli xidmətdən istifadə etmək mümkündür. ES mərkəzində bütün prosedurlar çox asan icra olunur. Mərkəzə daxil olan vətəndaş ilk olaraq, koordinatora yaxınlaşır. Koordinator onun probleminin istiqamətini müəyyən etdikdən sonra növbəti terminala yaxınlaşaraq, operatora müraciət edir.



Operator vətəndaşın şəxsiyyət vəsiqəsini oxucu cihazla skan etdikdən sonra 15 mövzudan birini seçir. Daha sonra vətəndaşa sıra nömrəsi təqdim olunur və o, müəyyən edilən operatorun yanına keçir. Burada quraşdırılmış növbə terminalı dünyada ən müasir elektron növbə prinsipini icra edən avadanlıqlardandır. Bu mərkəzdə nazirliyə müraciət etmiş şəxs öz müraciətinin həllinin gedişatını, hansı mərhələdə olması barədə də məlumat əldə edə bilir.



Mərkəz vətəndaşlığından asılı olmayaraq, hər kəsə həftənin 6 iş günü ərzində 10 nəfər heyətlə xidmət göstərir. Burada həmçinin vətəndaş öz yazılı müraciətini dinamikada izləyə bilər. ES-də quraşdırılmış “kiosk” cihazı imkan verir ki, onun vasitəsi ilə Səhiyyə Nazirliyinə yazılı müraciət edən şəxs qeydiyyat nömrəsini, müraciətinin hansı şöbədə və hansı mərhələdə olmasını izləsin. Mərkəzində bir necə infraqırmızı kameralar quraşdırılıb. Onlar 24 saat ərzində onlayn rejimində çalışır. 



Aşağı mərtəbədə xüsusi vəziyyətlər üçün otaq nəzərdə tutulub. Burada daha emosional, problemli vətəndaşlar qəbul olunur və onlara individual şəkildə problemləri ilə tanış olunacaq və lazımi yardım göstəriləcək. Burada səhiyyəyə aid hüquqi məsələlərdə yardımçı olunacaq. 



Səhiyyə Nazirliyinin ümumi şöbəsinin müdiri Anar İsrafilov musavat.com-a açıqlamasında bildirdi ki, yaradılmış bu sistem sayəsində vətəndaşlara daha yaxşı xidmət göstərilir: «Elektron Səhiyyə ölkə başçısının sərəncamı əsasında «Elektron Azərbaycan» Dövlət Proqramı çərçivəsində yaradılıb. Məqsəd Səhiyyə Nazirliyinə müraciət edən bütün vətəndaşların qısa müddət ərzində öz suallarına cavab tapmaları, problemlərinin tez müddətdə həll edilməsidir. Və bu yolla tam şəffavlıq yaradılır, vətəndaşla məmur arasında heç bir əlaqə olmur. Vətəndaş Səhiyyə Nazirliyinə hansı səbəbdən asılı olmayaraq, etdiyi müraciətə burada baxılır. 



Fəaliyyətə başladığımız müddət ərzində 1479 nəfər vətəndaşımıza xidmət göstərmişik. Bunlar sadəcə, 19 iş günü ərzində müraciət edən vətəndaşlarımızın sayıdır. Amma insanlar bu xidmət haqqında daha çox məlumat aldıqca, müraciətlər də çoxalacaq. Biz də onlara xidmət etmək üçün tam hazırıq. Bu günə kimi bizə müraciət edənlərin böyük hissəsi ixtisas kurslarına göndərilmə ilə bağlıdır. Vətəndaş müvafiq sənədlərlə müraciət edir və şəffav şəkildə onun işləri qaydasına salınır və kursa göndəriş verilir». 



«Elektron Səhiyyə» xidmətindən istifadə edən vətəndaşlarla da söhbətləşdik. Onlardan bu xidmətlə bağlı fikirlərini aldıq: «Mən rezidentlərin təyinatı ilə bağlı müraciət etmişdim. Bu qədər sadə və asan həll olunacağını gözləmirdim. Çox bəyəndim. Hər şey çox müasirdi və rahatdı».



Müraciət edənlərdən biri olan Leyla Abbaszadə göstərilən xidmətdən razı qaldığını bildirdi: «Mən xaricdə təhsillə bağlı müraciət etmişdim. Çox qısa müddətdə problemim öz həllini tapdı. Yaxşı xidmət göstərdilər. Tamamilə razıyam».



Elektron Xidmətdən istifadə edən şəhər sakinlərindən olan Musa Qayıbov da bu xidmətdən razı qalıdığını deyir:«Mən xarici ölkədə oxumuşam. Uzman doktoram. Diplomumun təsdiqi ilə bağlı müraciət etmişdim. Artıq məsələ həll edildi. Xidmətdən tam razıyam».



 





Teqlər:
Bu xəbər cəmi 835 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR