Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Pensiyalar artırılacaq

Pensiyalar artırılacaq


Ölkədə pensiya ödənişlərinin artacağı gözlənilir. Hökümət artıq bununla bağlı işlərə də başlayıb. 



Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, yaxın gələcəkdə hazırda prezident tərəfindən imzalanan “Pensiya islahatı” konsepsiyasına uyğun olaraq qanunvericiliyə dəyişikliklər üzərində iş gedir. Bu dəyişikliklərə əsasən, əmək pensiyasının baza hissəsinin strukturunda dəyişiklik olacaq. Yəni, pensiyaların bütün məbləği sığorta hissəsi şəklində konvertasiya olunacaq. İslahat tələblərinə uyğun olaraq qanunvericiliyə dəyişiklik aparılacağı gözlənilir. Sadə dillə desək, hər il pensiyalar ölkədə baş verən bahalaşmadan sığortalanmaq üçün inflyasiyaya uyğunlaşdırılırdı. Ancaq bu zaman indeksləşdirmə yalnız pensiyanın sığorta hissəsinə tətbiq olunurdu. Yəni, tətbiq edilən artım pensiyaların baza hissəsinə deyil, pensiyanın sığorta hissəsinə şamil olunurdu. Məsələn, 150 manatlıq pensiyadan 100 manatlıq baza hissəsi çıxılır və yerdə qalan 50 manata müvafiq inflyasiya həddi tətbiq olunurdu. 



Amma yeni dəyişikliklərdən sonra tətbiq olunacaq indeksləşdirmə ümumi pensiya ödənişinə şamil olunacaq. Belə ki, artıq baza hissəsi də sığorta hissəsi olaraq hesab olunacaq və pensiyanın bütün məbləğinə artım müşahidə ediləcək. Bu isə artım həddini bir az da artıracaq. 



Belə ki, 150 manat pensiyanı inflyasiyaya uyğunlaşdırmaq üçün mövcud bahalaşma faizi pensiyaya vurulacaq. Ötən ilki inflyasiya həddinin 1,4% olduğunu nəzərə alaraq bir hesablama aparsaq belə bir nəticəyə gəlmək olar ki, 150 manatlıq pensiya təxminən 2 manat 10 qəpik artacaq. Nəticədə isə 150 manatlıq pensiya artaraq 152,10 manata çatacaq. Bu artım pensiyanın məbləğindən və inflyasiyanın həddindən asılı olaraq dəyişə bilər.



DSMF-dən isə bildirilir ki, bu mexanizm bazar iqtisadiyyatı şəraitində pensiyaların ümumi məbləğlərinin inflyasiya təsirlərindən qorunmasını ifadə edir. Yəni, hökumət pensiyaçının bahalaşmadan zərər görməməsi üçün belə bir addım atır.


Teqlər:
Bu xəbər cəmi 1720 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR