Ötən il Azərbaycanda hava nəqliyyatı ilə 1,8 milyon və ya 2013-cü illə müqayisədə 7,6 faiz çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, daşınmanın 99,6 faizi dövlət, 0,4 faizi isə özəl müəssisələrə məxsus təyyarələrlə həyata keçirilib.