Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mərkəzi Bank: «Bu il kreditlər ucuzlaşacaq»

Mərkəzi Bank: «Bu il kreditlər ucuzlaşacaq»


2015-ci ildə Mərkəzi Bank Azərbaycanda kreditlərin ucuzlaşmasına çalışacaq, eləcə də biznes üçün kredit imkanları daha da artırılacaq. Fins.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş geniş iclasında bildirilib. 



 


Valyuta ehtiyatları ÜDM-in 70%-nə çatır


İclasda çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, ölkənin strateji valyuta ehtiyatları ÜDM-in 70%-nə çatır. Bu göstərici üzrə ölkə dünyada ilk iyirmilikdəki yerini qoruyur. Strateji ehtiyatlar xarici dövlət borcunu 8 dəfədən çox üstələyir və 3 illik əmtəə və xidmət idxalını örtür. Azərbaycanın beynəlxalq kreditor mövqeyi daha da güclənmişdir. Qiymətləndirmələrə görə ölkənin məcmu xarici aktivləri öhdəliklərini 2.7 dəfə üstələyir.


 


Aşağı inflyasiya təşviqata ehtiyac yaradıb 


2014-cü ildə ölkədə inflyasiya cəmi 1,5% təşkil edib ki, bu da ticarət tərəfdaşı ölkələrindəki orta inflyasiyadan əhəmiyyətli səviyyədə aşağıdır. 2014-cü ildə inflaysiya aşağı olduğuna görə, qeyri-neft sektorunda investisiya fəallığının artmasına və faiz dərəcələrinin enməsinə  şərait yaratmaq məqsədilə Mərkəzi Bank faiz dəhlizinin parametrlərini və məcburi ehtiyat normalarını endirib. 


 




Bu il əsas məqsəd iqtisadi artımın davam etməsidir


2015-ci ildə Mərkəzi Bankın əsas vəzifəsi makroiqtisadi sabitliyin qorunmasına aktiv dəstək verməkdir. Belə ki, makroiqtisadi sabitliyin qorunması bütövlükdə iqtisadi inkişafın davam etdirilməsinin, əhalinin sosial müdafiəsinin təmin olunmasının əsas amilidir. Bununla bağlı Mərkəzi Bank iqtisadi inkişafa dəstək məqsədilə pul siyasətinin imkanlarından, xüsusilə monetar yumşaltma alətlərindən istifadə edəcəkdir.


 


 


Bankların hüquqları daha yaxşı qorunacaq 


2015-cü ildə bank sektorunda maliyyə sabitliyinin qorunması da qarşıda duran strateji vəzifələrdən biridir. Bunun üçün bank sektorunda immunizasiya tədbirləri davam etdiriləcək, risklər çevik tənzimlənəcəkdir. Biznesin uzunmüddətli kredit əldə etməsi imkanlarını artırılması təşviq olunacaqdır. Real sektorun maliyyə hesabatlığı, kreditorların hüquqlarının effektiv qorunması biznes kreditlərinin artmasında mühüm rol oynayacaq.  Faiz dərəcələrinin aşağı salınması istiqamətində tədbirlər davam etdiriləcəkdir. 

Teqlər:
Bu xəbər cəmi 1435 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR