Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanlı girovlarla bağlı məsələ qaldırıldı- BMT-də

Azərbaycanlı girovlarla bağlı məsələ qaldırıldı- BMT-də


Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev yanvarın 30-da BMT Təhlükəsizlik Şurasının silahlı münaqişələrdə dinc vətəndaşların müdafiəsi məsələsinin müzakirəsinə həsr edilmiş 7374-cü iclasında çıxış edib. 



"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, Y.Əliyev çıxışında dinc vətəndaşların müdafiəsi məsələlərin müzakirə edilməsi üçün iclas çağırılmasına görə Çilinin BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsinə təşəkkürünü bildirib. O vurğulayıb ki, Azərbaycan silahlı münaqişə qurbanları ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün zəruri şərt olan beynəlxalq humanitar hüquqa uyğunluğun təmin edilməsi mövqeyini dəstəkləyir və münaqişə iştirakçılarının hərəkətlərinin beynəlxalq humanitar hüquqa uyğunluğunu möhkəmlətmək üçün İsveçrənin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin birgə təşəbbüsünü yüksək qiymətləndirir:



“Azərbaycan məcburi köçkünlərin problemləri və onların öz evlərinə qayıtmaq hüquqları barədə məlumatın artırılmasına yönəlmiş səyləri dəstəkləyir”. O qeyd edib ki, dinc vətəndaşların hərbi qulluqçu kateqoriyasına aid olmadıqlarını göstərən kifayət qədər fakt olmasına baxmayaraq, onların statusunun şübhə altına alınması faktı da mülki əhalinin hüquqlarının pozulmasında təşviş doğuran məqamdır.



Y.Əliyev vurğulayıb: “İnsanların girov götürülməsi, qanunsuz tutulub saxlanması və təqib edilməsi beynəlxalq humanitar hüququn ciddi pozuntularıdır”. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən hərbi işğalının davam etməsi faktını vurğulayaraq bildirib ki, Azərbaycanın üç vətəndaşı – Həsən Həsənov, Şahbaz Quliyev və Dilqəm Əsgərovla bu hüququn normalarına uyğun olmayan rəftar beynəlxalq humanitar hüququn pozulmasına aid ən son nümunədir.



Azərbaycan Respublikasının daimi nümayəndəsi daha sonra iclas iştirakçılarına azərbaycanlı girovların işi və onların hüquqlarının erməni işğalçı qüvvələri tərəfindən pozulması ilə bağlı faktlar təqdim edib. O vurğulayıb ki, Həsən Həsənov erməni hərbi qulluqçuları tərəfindən 2014-cü il iyulun 11-də öldürülüb, lakin onun cəsədi Azərbaycan tərəfinə yalnız 2014-cü il oktyabrın 2-də Beynəlxalq Qırmızı Xalq Komitəsinin köməyi ilə təhvil verilib. Digər iki girov – Şahbaz Quliyev və Dilqəm Əsgərov uydurma təxribatlarda ittiham edilərək Azərbaycanın işğal olunmuş ərazilərindəki həbsxanaya salınıb. Y.Əliyev iclas iştirakçılarına müraciətlə qeyd edib ki, bu mülki şəxslər öz ərazisində və Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində girov götürülüb və Azərbaycan Respublikasının qanunlarından başqa heç kəs və heç nə Azərbaycan vətəndaşlarının öz ərazisində sərbəst yerdəyişməsini məhdudlaşdıra və ya qadağan edə bilməz.



O vurğulayıb ki, Ş.Quliyev və D.Əsgərovun üzərində qondarma məhkəmə prosesi və çıxarılan hökm qanunsuzdur.



Sonda Y.Əliyev insan hüquqlarının müdafiəsi üzrə bütün müvafiq beynəlxalq təşkilatları bu məsələyə müdaxilə etməyə, nə qədər ki, gec deyil, nə qədər ki, bu dinc vətəndaşlar sağdır, onların həbsdən azad olunmasına kömək etməyə çağırıb. O, Azərbaycanın mülki əhalisinin nümayəndələrinin azad edilməsi üçün uzun müddət göstərilən səylərə görə, bu qanunsuz hökmü rədd etmiş ölkələrə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkürünü bildirib.


Teqlər:
Bu xəbər cəmi 1430 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR