Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda ətin qiyməti ucuzlaşıb

Azərbaycanda ətin qiyməti ucuzlaşıb

Son günlər ölkə ərazisində ətin ucuzlaşması müşahidə olunur.


 


Bir ay bundan öncə dana əti rayonlarda 8-9 manata satılırdısa, hazırda bu qiymət 6 manata düşüb. Ucuzlaşma daha çox Aran rayonlarında qeydə alınıb. Ucar rayonunda dana ətinin  qiyməti 2 manat, qoyun ətinin qiyməti isə 1-2 manata qədər ucuzlaşıb. Əvvəllər rayonun mərkəzi bazarında 7 manat 50 qəpik, bəzi  ucqar ərazilərdə isə 8 manata satılan dana əti indi mərkəzi bazarda 6, kəndlərdə isə 5-5 manat 50 qəpik, qoyun əti isə əvvəllər 9 manata satılırdısa hazırda keyfiyyətindən asılı olaraq 7-8 manata təklif olunur. Ətin qiymətinin 2 manata qədər aşağı enməsinə ət satışı ilə məşğul olan qəssablar kəsimə yararlı diri heyvanın qiymətinin aşağı enməsi ilə izah edirlər. 


 


"Biz diri çəki ilə heyvan satırıq. Bir neçə gün bundan əvvəl satdığımız 10 kiloqramlıq  quzu 150 manata deyilirdisə, indi 120-130 manata satırıq. Bu, satıcılar üçün yox, alıcılar üçün sərf edir".  


 


Maldarlıqla məşğul olan sahibkarlar ötən il əlverişsiz hava şəraiti səbəbindən ot qıtlığı yarandığını, bu səbəbdən də 1 bağlama otun qiymətinin 5 manata kimi qalxdığını deyirlər. Sahibkarlar isə mal ətinin qiymətinin aşağı düşməsini otun qiymətinin qalxması ilə əlaqələndirirlər.


 


"Bu il havaların quraq keçməsi otun az olmasına səbəb oldu. Bu da bir növ otun qiymətinin 3 manatdan 5 manata qalxmasına səbəb oldu. Hazırda ətin qiymətinin düşməsinin səbəbi kəndlilərin mal-qaranı artıq saxlaya bilməyib bazara çıxarmasıdır. Ona görə də ət bolluğu yaranıb. Bu da ətin qiymətinin aşağı düşməsinə səbəb olub".


 


Paytaxt bazarlarında apardığımız müşahidələr zamanı məlum oldu ki, bölgələrə nisbətən paytaxtda ətin qiymətində 50 qəpik və ya 1 manat arası ucuzlaşma müşahidə edilir. Əvvəlki vaxtla müqayisədə bazarda alıcı tapmaqda çətinlik çəkdiklərini deyən satıcıların sözlərinə görə, regionlardan gələn ət paytaxta çatana kimi bir qədər bahalaşır. Buna baxmayaraq ucuzlaşma hiss edilir. 


 


"Alıcılıq qabiliyyəti zəifdir. Bundan da irəli gələ bilər. Amma rayondan gələnlər deyir ki, bölgələrdə mal-qara bol olduğuna görə, qiymətlər bir qədər ucuzlaşıb. Biz də dəqiq bilmirik".


 


Ekspertlər hesab edir ki, ətin qiymətinin ucuzlaşmasının əsas səbəbi Gürcüstandan ölkəmizə ətin ucuz idxal olmasıdır. Bir qədər qəribə səslənsə, də səbəblər sırasında yas mərasimlərində  ehsana qoyulan qadağa da durur.


 


Məsələyə ekspert Vahid Məhərrəmov da münasibət bildirib. 


 


"Əsas səbəblərdən biri də son zamanlar yas mərasimlərinə ehsana qoyulan qadağalarla bağlıdır. Bir müddət əvvəl təxminən 200 min baş mal ehsan yerlərinə istifadə olunurdusa, hazırda bu göstərici yarıya enib".   


 


Vahid Məhərrəmov hesab edir ki, səbəblərdən biri də ölkə üzrə yem məhsullarının kifayət qədər tədarük edilməməsidir. Regionların yem bazarında baş verən qiymət artımı fermerlərin mal-qaranı bazarlara çıxarmasına səbəb olub. Hazırda yaranan bolluq bir neçə aydan sonra ət qıtlığının yaranmasına və bu da öz növbəsində qiymətlərin artmasına səbəb ola bilər. 


 


"Hazırda mal-qaranın baş sayının azalması və yem məhsullarının qiymətinin artması ətin qiymətinin birdən-birə bahalaşmasına səbəb ola bilər. Bu artım təxminən mart və may aylarında müşahidə ediləcək".


 


Hazırda ətin qiymətində müşahidə edilən ucuzlaşmanın digər ət məhsullarının qiymətinə hələ ki təsir etmədiyini deyən ekspert hesab edir ki, əgər gələcəkdə ət bahalaşarsa digər məhsullar da bahalaşa bilər. Bunun qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi tədbirlər görülməlidir. Nazirliyin şöbə müdiri Qabil Əbdüləliyev APA TV-yə bildirilib ki, ətin qiymətinin ucuzlaşmasının səbəbi yem və yem məhsullarının qiymətinin bahalaşmasıdır. 


 


"Ötən il ölkə ərazisində yem və yem məhsullarının tədarükü bir qədər aşağı düşüb. Bu əsasən suvarılmayan ərazilərdə daha çox müşahidə edilib. Bu da yem və yem məhsullarının qiymətinə təsirsiz ötüşməyib. Bu səbəbdən də fermerlər mal-qaranı satışa çıxarırlar. Yeni mövsümdə ot məhsulları becəriləndən sonra yenidən mal-qara alacaqlar".


 


Nazirlik rəsmisi deyir ki, yaz aylarında ət məhsullarının bahalaşma ehtimalı heç bir narahatlıq yaratmamalıdır. Bahalaşma olarsa, bunu bazar özü tənzimləyəcək. Hazırda mal-qaranın satışı süd və süd məhsullarında hər hansı bahalaşmaya səbəb olmayacaq. Çünki ölkənin süd istehsalı iri təsərrüfatlar hesabına təmin edilir. Ötən il ölkədə  185,6 min ton süd istehsal edilib ki, bu da ötən illərin müvafiq dövrü ilə müqayisədə  3,3 faiz artıq miqdara bərabərdir. Qeyd edək ki, hazırda daxili istehsal hesabına mal əti 87 faiz, qoyun əti 97 faiz, quş əti isə 98 faiz təmin edilir.

Teqlər:
Bu xəbər cəmi 1330 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR