Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycan dollardan imtina edir?

Azərbaycan dollardan imtina edir?


İran Azərbaycana xarici ticarətdə dollardan imtina etməyi təklif edir. Tehran artıq özü bu barədə qərar verib. 



“Qafqazinfo” azadliq.info-ya istinadən xəbər verir ki, İran Mərkəzi Bankının sədrinin köməkçisi Qulaməli Kambay bildirib ki, İranda xarici ölkələrlə ticarət əlaqələri zamanı dollar əvəzinə Türkiyə lirəsi, yuan, rubl və avrodan istifafə ediləcək. “Iran artıq ticarət və maliyyə işlərində Türk lirəsi, Çin Yuanı, Rus Rublu, Cənubi Koreya Vonu və avrodan istifadə ediləcək”, - deyə Qulaməli Kambay bildirib. O, artıq Türkiyə ilə də bu məsələdə danışıqlar aparıldığı bildirib.



Azərbaycana gəlincə, Iranın iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnia Bakıya gəlib. O, burada keçirdiyi mətbuat konfrasında deyib ki, Azərbaycan-Iran ticarət münasibətlərində hansı valyutadan istifadə edilməsi məsələsi müzakirə olunacaq. Ölkəsinin ABŞ valyutasından imtina etdiyinə toxunan nazir vurğulayıb ki, Azərbaycan və Iran arasında ticarət əməliyyatlarında milli valyutadan istifadə etmək mümkündür: “Iran digər ölkələrlə ticarət əməliyyatlarını həmin ölkələrin milli valyutaları ilə həyata keçirir. Bunu əməkdaşlıq etdiyimiz digər ölkələrlə davam etdirməkdə maraqlıyıq”. 



Əli Tayebnia dünən Mərkəzi Bankın sədri Elman Rüstəmovla da görüşüb. Görüşdə iki ölkənin bank sistemləri, o cümlədən mərkəzi bankları arasında əlaqələrin mövcud vəziyyəti, eləcə də gələcək inkişaf perspektivləri müzakirə edilib. Həmçinin xarici ticarətdi dollardan imtina etmək məsələsi müzakirə mövzusu olub. Bu, həm də siyasi məsələ olduğu üçün Iranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Bakıya səfəri zamanı da müzakirə ediləcəyi bildirilir. Qeyd edək ki, Iranın xarici işlər naziri fevralın 16-da Azərbaycana rəsmi səfər edəcək.



Ekspertlər hesab edir ki, Iranın Azərbaycana belə bir təklif etməsi Bakı ilə Vaşinqton arasında gərginlikdən doğur. Tehran düşünür ki, ABŞ-la qarşıdurmada olan Azərbaycan bu təklifə “hə” deyə bilər. Ekspertlərin fikrincə, Bakının həqiqətən də Vaşinqtonu şantaj məqsədilə bu avantüraya getməsi mümkündür. 



Iqtisadçı ekspert Məhəmməd Talıblı isə hesab edir ki, Iranın bu təklifi populizmdən başqa bir şey deyil: “Bu planın baş tutacağı mümkün deyil. Irandan əvvəl Rusiya belə bir cəhd eləmişdi. Hətta Avrasiya Ittifaqında şərtlərdən biri də vahid valyutaya keçid idi. Lakin Rusiyanın bu cəhdi baş tutmadı. Indi izolyasiyada olan Iranın belə bir cəhd etməsi və digər ölkələrə də bunu təklif etməsi sadəcə populizmdir. Istər Iran, istər Azərbaycan və digər ölkələrin dolları sıxışdırmaq cəhdi baş tutmayacaq”, - deyə Məhəmməd Talıblı bildirib.


Teqlər:
Bu xəbər cəmi 1450 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR