“Narkotika ticarətinə bulaşan, buna göz yuman, şərait yaradan şəxslərin övladları, ya da nəvələri gez-tez bu balaya tutulacaq”
XX əsrin ən böyük sosial bəlalarından biri də sözsüz ki, narkomaniyadır. Son illər dünyada “ağ ölüm” adlanan bu bəlaya tutulanların sayının sürətlə artması müşahidə olunur. BMT-nin hesabatlarına görə, hazırda dünyada təqribən 300 milyona yaxın insan narkotiklərdən əziyyət çəkir. Bu, 15-64 yaş üzrə dünya əhalisinin 5 faizi deməkdir. Narkomanların sayının artması narkotik istehsalının da genişlənməsinə gətirib şıxarıb. Son 10 ildə dünyada narkotik istehsalı təxminən 75 faiz artıb. Bu ticarətdən 100 milyardlarla gəlir götürən narkomafiya “ağ ölümə” tutulanların sayının daha da artması üçün son illər satışa yeni narkotik vasitələr buraxmağa başlayıb.
Təəsüflə qeyd etmək lazımdır ki, Azərbaycanda narkotikdən istifadə meylləri ildən-ilə artır. Xüsusən gənclər arasında, bu, özünü daha qabarıq göstərir.
1ddSəhiyyə Nazirliyinin ötən il açıqladığı rəsmi statistik məlumata görə, ölkə üzrə narkotik istifadəçilərinin sayı 27910 nəfər təşkil edir ki, (2011-ci ildə bu rəqəm 26717 nəfər olub) onların da 21999-u dispanser, 5911 nəfəri isə profilaktik qeydiyyatda olanlardır. Anonim qeydiyyata alınanların sayı isə 567 nəfər təşkil edir.
Ancaq bu rəqəmin reallığı əks etdirmədiyi, ölkədə narkotikdən istifadə edənlərin bundan dəfələrlə çox olduğu məlumdur. Təsadüfi deyil ki, ölkədə narkotika istifadəçilərinin sayının sürətlə artması ABŞ Dövlət Departamentinin “Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası” hesabatında əksini tapmışdı. Düzdür, hesabatda bir qədər şişirtmələrə yol verilərək, ölkənin ali məktəblərində təlhsil alan tələbələrin əksəriyyətinin narkotik istifadəçisi olduğu iddia edilmişdi. Bu doğru olmasa da, gənclər arasında narkotik maddələrdən istifadənin son illər artdığı həqiqətdir. Elə bu səbəbdəndir ki, rəsmi statistikaya görə, son beş ildə narkotikdən istifadə yaş senzi 30-dan 17-yə düşüb. Ümumiyyətlə, narkomanların 60 faizindən çoxu gənclərdir.
Regionlarda, xüsusən cənub regionunda hətta 14-15 yaşında yeniyetmələrin də narkotikdən istifadə etmə hallarına rast gəlinir ki, bu da ölkəmizdə narkomaniyanın nə qədər ciddi bir sosial bəlaya çevrildiyini göstərir.
1ELIQeyd edək ki, Azərbaycanda narkotik vasitə istifadəçilərinin sayı ilə bağlı rəsmi rəqəmlərin həqiqəti əks etdirmədiyini baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov da dəfələrlə öz çıxışlarında vurgulayıb. Əli Həsənovun daha bir diqqətçəkən bəyanatı isə məmur övladları arasında narkotik istifadəçilərinin sayının artması ilə bağlı olub. “Qaçqınkom”un sədri olan Əli Həsənov hətta onlardan bəzilərinin adlarını açıqlayacağını da vəd etmişdi. Sitat: “Milli təhlükəsizlik nazirindən xahiş edəcəyəm ki, çox ciddi bir arayışın hazırlanması barədə tapşırıq versin. Bir gün o uşaqların da siyahısını çıxaracağam. Narkotik istifadəçilərinin kimlərin uşaqları olduğunu açıqlayacağam. Əmin olun ki, çalışıb çıxaracağam. Valideynlər də öz uşaqları ilə məşğul olmalıdırlar. İmkansızlar narkotik ala bilməz. Çünki narkotiklər ucuz deyil, çox bahadır”.
Əli Həsənovun bu vədinə hələlik əməl etməsə də, narkotika istifadəçiləri içərisində məmur övladlarının, imkanlı şəxslərin uşaqlarının üstünlük təşkil etdiyi şübhə doğurmur.
1narMəhz imkanlı uşaqlarının narkotikaya kütləvi şəkildə meyl etməsi Azərbaycan daxilində satılan narkotiklərin həcminın artmasına səbəb olub. Təsadüfi deyil ki, son 10 il ərzində respublikamızda narkotik vasitələrdən istifadə halları ilə yanaşı, narkotika alverçilərinin sayı da artmaqdadır. Demək olar ki, hər gün hüquq-mühafizə orqanlarının narkotika alverçilərini həbs etməsi barədə məlumatlar yayılır. Hətta Daxili İşlər Nazirliyinin mətbuat xidməti respublikada narkotiklərdən istifadə və alqı-satqı ilə bağlı gün ərzində bir neçə fakt açıqlayır. Onların arasında satış məqsədi ilə əldə olunan narkotiklərin dövriyyəsi faktları çoxluq təşkil edir. Bu isə ölkədə narkotikaya təlabatın artmasının ən ciddi sübutudur. Hər halda alan olmazsa, narkotika alverçilərinin sayı və satışa çıxarılan narkotik vasitələrin həcmi bu qədər artmazdı.
Qeyd edək ki, ölkədə narkotik vasitələrin dövriyyəsinin və bu maddələrdən istifadə edənlərin sayının artması hüquq-mühafizə orqanlarının bu sahədəki fəaliyyətinin də qənaətbəxş olmadığını söyləməyə əsas verir. Düzdür, son illər narkotikaya qarşı mübarizəni gücləndirmək üşçün xeyli işlər görülür. MTN, DİN, digər hüquq-mühafizə orqanları hər il satışdan 1,5-2 ton narkotik vasitələr aşkarlayıb götürür, minlərlə şəxsə cinayət işi açırlar.
Ancaq fakt odur ki, narkotika istifadəçilərinin sayı və ölkədə narkotika ticarəti daha da artır. Bunun səbəbini dəqiq söyləmək çətin olsa da, 2 ehtimal üzərində dayanmaq olar.
Birincisi, hüquq-mühafizə orqanları kiçik narkotaçirləri həbs etsə də, ölkəyə böyük partiyalarla narkotik vasitələr daşıyanlara toxuna bilmir. Daha doğrusu, toxunmağa güçü catmır…
Elə bu səbəbdən hüquq-mühafizə orqanlarının əməkdaşları narkotikadan istifadənin geniş yayılaraq az qala dəb halını aldığı elit klublara, restoranlara, varlı balalarının toplandığı məclislərə də basqın həyata keçirə bilmir. “AzPolitika.info”ya verilən məlumatlara görə, polis orqanlarına dəfələrlə bu barədə əməliyyat məlumatları daxil olsa da, həmin məclislərdə yüksək vəzifəli məmur övladlarının iştirakı səbəbindən əməliyyatlar ləğv edilib.
İkincisi, hüquq-mühafizə orqanlarında bəzi vəzifəli şəxslər müəyyən səbəblərdən, daha dəqiqi “haqlarını” alaraq, konkret ərazilərdə narkotika satışına göz yumurlar. Bu isə respublikada narkomaniyanın artmasına səbəb olur.
51211Saytımıza daxil olan məlumata görə, ölkədə narkotik vasitələrin dövriyyəsinin və bu maddələrdən istifadə edənlərin sayının artması ilə bağlı problem bu yaxınlarda Daxili İşlər Nazirliyində (DİN) keçirilən tədbirdə ciddi müzakirə olunub. Məlumatlı mənbədən “AzPolitika.info”ya verilən bilgiyə görə, DİN-in rəhbər şəxslərinin, rayon polis idarələrinin rəislərinin qatıldığı tədbirdə çıxış edən nazir Ramil Usubov, ölkədə narkotika satışının artmasından narahatlığını ifadə edib. Çıxışını kifayət qədər “sərt ritorika” üzərində quran cənab Usubov, ölkədə narkotika probleminin genişlənməsində hüquq-mühafizə orqanların, o cümlədən
polisin fəaliyyətindəki nöqsanların da ciddi rolu olduğunu bəyan edib. 1kol-300x123Rayon polis idarələrinin rəislərinə xəbərdarlıq edən cənab Usubov deyib ki, onların il ərzində aşkarlayıb dövriyyədən çıxardığı narkotikanın həcmi, satışa çıxarılan narkotik vasitələrin kiçik bir hissəsini təşkil edir.
Daha sonra R. Usubov bildirib ki, hansı səbəbdən olursa-olsun, narkotika ticarətinə şərait yaradan, göz yuman və ya bu haqda əməliyyat məlumatlarına reaksiya verməyən polis rəisləri, zabitləri sərt şəkildə cəzalandırılacaq. “Əzizlərimin canına and içirəm ki, belələrini bağışlamayacağam!” deyə, cənab Usubov xəbərdarlıq edib.
Daxili işlər naziri polis rəislərinə narkoticarətlə mübarizədə heç kimdən və heç nədən çəkinməməyi tövsiyə edib. Eyni zamanda bildirib ki, heç kimin bu sosial bəlanın ölkədə yayılmasına göz yummağa haqqı yoxdur: “İnanın ki, hər hansı şəkildə narkotika ticarətinə bulaşan, buna göz yuman, şərait yaradan şəxslərin övladları, ya da nəvələri gez-tez bu balaya tutulacaq”-deyə, nazir bildirib.