2014-cü ilin son rübünün nəticəsinə görə, Finlandiyanın “Nokia” telekommunikasiya avadanlığı istehsalçısının xalis mənfəəti 12 faiz artaraq 356 milyon avro təşkil edib. 1 il bundan əvvəl bu göstərici 317 milyon avro olub.
“Qafqazinfo” ıctnews.az-a istinadən bildirir ki, hesabat dövründə “Nokia”nın gəliri 9 faiz, yəni 3.4-dən 3,8 milyard avroyadək artıb.
Əməliyyat gəliri 28 faiz artaraq 524 milyon avro təşkil edib.
“Nokia” – Finlandiyanın transmilli şirkətidir, mobil, stasionar, genişzolaqlı və IP şəbəkələri üçün telekommunikasiya avadanlığı istehsalçısı, “HERE” xəritə xidmətinin yaradıcısıdır.