“Azərbaycan Hava Yolları” Bakı-London-Bakı istiqamətində aviabiletlərə endirim tətbiq edib.
“Qafqazinfo”nun məlumatına görə, Aviaşirkətdən AzərTAc-a bildiriblər ki, indi Bakı-London-Bakı (London-Bakı-London) istiqamətində bir bileti 444 avroya (383 Funt Sterlinq) əldə etmək olar.
Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Yerlər məhdud ola bilər. Maksimal qalma müddəti isə bir aydır.