Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Prezident İlham Əliyev: «Bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək»

Prezident İlham Əliyev: «Bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək»
Ekspertlər manatın ucuzlaşmasının ölkə iqtisadiyyatına təsirini «Bizim Yol» qəzetinə şərh ediblər

"Manatın məzənnəsi sabitdir. Dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmayıb. Əksinə, manat daha da güclənir. Hesab edirəm ki, biz bu məsələyə baxmalıyıq". Bu fikirləri dövlət başçısı İlham Əliyev "regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə bağlı keçirilən toplantısında bildirib. 


Prezident əlavə edib ki, o vaxt biz pul islahatını apararkən bir manat bir dollara bərabər idi: "Ondan sonra manatın qiyməti qalxdıqca 1 manat 1,3 dollar olmuşdur. Bir növ manat avroya bağlı idi. Bir manat bir avro. İndi isə bir manat bir avrodan daha da qiymətlidir və bahalıdır. Əlbəttə ki, sosial məsələlərin həlli üçün bu, müsbət amildir. Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil. Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Eyni zamanda, bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki Azərbaycan iqtisadiyyatı bundan sonra ixracyönümlü iqtisadiyyat kimi inkişaf etməlidir".


İ.Əliyevin sözlərinə görə, ixracın inkişafı, təşviqi indi gündəlikdə duran məsələlərdir: "Manatın məzənnəsi isə burada önəmli rol oynayır. Ona görə hesab edirəm, müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın".


Prezidentin çıxışından aydın olur ki, manatın avro və dollara nisbətdə ucuzlaşdırılması qaçılmaz olacaq. Bəs bu bizim ixrac potensialımızı artıra biləcəkmi? 




İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov "Bizim Yol"a bildirdi ki, Azərbaycanın qeyri-neft ixracı təqribən 8 faizdir: "Düşünmürəm ki, ixracın stimullaşdırılması ilə bağlı ortaya qoyulan arqumentlər reallaşsın. Əslində, Prezident öz məqsədini bildirmək üçün ixracın stimullaşdırılması arqumentindən istifadə etdi. Bu çıxışdan anlaşılan odur ki, manatın məzənnəsinə yenidən baxılacaq. 


Ölkənin ixracını, əsasən, neft və neft məhsulları tutur. Bunun da satışı dollarla həyata keçirilir. Avropa Birliyinə avro ilə həyata keçirdiyi qeyri-neft ixracı isə təqribən 800-900 milyon avro arasında dəyişir ki, bu da heç də böyük rəqəm deyil. Avronun ucuzlaşması Azərbaycana idxalı kəskin şəkildə artıra bilər. İdxalın artması həmin məhsulların manata nisbətən daha rəqabətli olmasını təmin edəcək. Bu isə yerli istehsala zərbədir. 


Eyni zamanda Avropa ilə Azərbaycan arasında xarici ticarət əməliyyatının saldosu ölkəmizin əleyhinə dəyişməyə başlayacaq. Bunun özü manatın məzənnəsinə mənfi təsir edən amillərdəndir". 


Ekspert deyir ki, iqtisadi prizmadan baxanda manatın kursunun möhkəm olması ixraca mane olan əsas alətlərdən sayılır: "Amma baxmaq lazımdır ki, bizim manatı ucuzlaşdıracağımız təqdirdə ixracı stimullaşdırmaq potensialımız varmı? Yaxın gələcəkdə qeyri-neft ixrac potensialımız parlaq görünmür. Ona görə də düşünmək olmaz ki, manatın məzənnəsini endirməklə həmin an ixrac stimullaşacaq. Öncə potensial yaradılmalı, yerli istehsal olunan məhsulların keyfiyyəti yüksəldilməlidir. Hazırda istehsal olunan məhsulların dünya bazarında rəqabətə malik olduğunu demək tezdir". 


"Azərbaycan manatının məzənnəsi dollarla müəyyənləşdirilir. Lakin Dövlət Neft Fondunun ehtiyatlarının 34 faizini avroda saxlayır. Avroda saxlanılan aktivlər dəyərini itirirsə, bu, Fondun ehtiyatlarının əriməsinə gətirib çıxarır.


Bu prizmalardan baxanda manatın avroya nisbətən məzənnəsinin aşağı düşməsi yalnız daxili tələbata hesablanmış yerli istehsala ciddi zərbə vura bilər. Avronun ucuzlaşdırılması Azərbaycan üçün kəskin arzu edilən deyil", deyən ekspert vurğulayır ki, neftin qiymətinin ucuzlaşması da manata qarşı təzyiqləri artırır: "Milli valyutaya olan təzyiqlərdən biri də daxili istehlakın aşağı düşməsi, bazarın durğunluğu olacaq. 


Bununla yanaşı, manatın devalvasiyası dolların kəskin şəkildə bahalaşmasına gətirib çıxaracaq ki, bu da arzuolunan deyil. Çünki yerli istehsalın özü belə xaricdən alınan xammaldan asılıdır. Bu ticarət isə dollarla həyata keçirilir. İnflyasiya sürətlənə bilər. 


Digər tərəfdən manata olan təzyiqləri saxlamaq üçün Mərkəzi Bankın rezervləri yetməyə bilər. Dekabrda manatın məzənnəsini sabit saxlamaq üçün 1,2 milyard dollar satışa çıxarmışdı. Eyni proses qarşıdakı aylarda da davam edərsə, Mərkəzi Bankın ehtiyatları 1 il ərzində tam "əriyə" bilər. Nəzərə almaq lazımdır ki, neftin qiyməti ilə bağlı proqnozlar da ümidverici deyil. Buna görə də Mərkəzi Bank sonda kəskin şəkildə devalvasiyaya getməməsi üçün indidən yumşaq devalvasiya siyasətini başlatmalıdır".




İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti Samir Əliyev isə bildirir ki, Azərbaycanın xarici ticarət dövriyyəsində avrozonanın payı təqribən 40 faizdir: "Bu, ixracda 47 faiz, idxalda isə 20 faiz təşkil edir. Bu payın yüksək olmasına baxmayaraq, böyük hissəsini neft təşkil edir. Nefti buradan çıxdıqdan sonra yerdə çox az bir məbləğ qalır. Əsas ticarət partnyorlarımız İtaliya, Fransa, Almaniyadır. Həmin ölkələrə əsasən neft satırıq. Ümumilikdə, avrozonaya qeyri-neft ixracımız 10 faizdən çox deyil".


 


Ekspertin fikrincə, avronun ucuzlaşmasının Azərbaycana zərəri daha çoxdur: "Azərbaycanın əsas ticarət partnyorlarının, qonşu dövlətlərin hamısında milli valyutalar dollara nisbətən ucuzlaşıb. Bütün valyutaların ucuzlaşmasına baxmayaraq, manat sabit qalıb. Neft ucuzlaşdığına görə ölkə iqtisadiyyatı əziyyət çəkir. Neft gəlirlərinin azalmasını kompensasiya etmək üçün qeyri-neft sektoru inkişaf etdirilməlidir. Bunun üçün ixrac stimullaşdırılmalıdır. Manat baha olduğuna görə yerli məhsulların dünya bazarında rəqabət qabiliyyətliliyi aşağıdır. İdxal olunan məhsullar isə yerli istehsal olunan məhsullardan daha ucuz başa gəlir. Hər bir halda manatın mövcud vəziyyəti qeyri-neft sektorunun inkişafına imkan vermir". 


S.Əliyev əlavə edir ki, Azərbaycanda manatın kursu dollara görə müəyyənləşir: "Bu ilin birinci ayında avronun manata nisbətən dəyəri 10 faiz ucuzlaşıb. İndi bir avronun 1 manat edilməsi üçün milli valyutanı 11 faiz ucuzlaşdırmalıyıq. Manatın ucuzlaşması isə dollardan keçir. Deməli, manatın dəyəri həm də dollara nisbətən aşağı düşməlidir. Mərkəzi Bankın iki yolu var. Birincisi, devalvasiyaya gedərək manatı birdən-birə 10 faiz ucuzlaşdırmaqdır.


İkincisi isə bivalyuta səbətidir ki, Mərkəzi Bank bunu 2011-ci ildə ləğv edib. Bivalyuta səbətini bərpa etməklə manatın kursunu tənzimləmək olar. Doğrudur, burada da manatın ucuzlaşması qaçılmazdır. Lakin birinci variantda birbaşa kəskin şəkildə ucuzlaşma olur. İkincisində isə proses az olacaq. 


Bivalyuta səbətində avro və dollar olur ki, onların kursunun dəyişməsi nəticəsində manatın kursu müəyyən edilir. Hər bir halda manatın kursunun ucuzlaşması qaçılmazdır. Əlbəttə, hər şey dövlət başçısının söylədiyi fikrə Mərkəzi Bankın reaksiya verməsindən asılıdır. 


Devalvasiyanın özü çox böyük narahatlıqlar yarada bilər. Bu prosesin özü idarəolunmaz vəziyyətə səbəb ola, yəni devalvasiyanın qarşısını almaq çətinləşə bilər. 


Hökumət hələ ki, ümidini neftin bahalaşmasına bağlayıb. Təkcə dekabr ayında rezervlərini 8 faiz itirib. Çox güman ki, bu ay da 3-4 faiz itirəcək. Mərkəzi Bankın rezervləri bunu saxlamağa imkan verməyəcək. Çox mürəkkəb situasiya yaranıb. Vaxtında devalvasiyaya gedilməli idi".

Teqlər:
Bu xəbər cəmi 1185 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR