Bütün dünyanı eviznizə gətdirdi, tanımadığınz, gedə bilməyəcəyiniz küçələri gözününüz qabağına qoydu. Milyonlarla insanın işini asanlaşdıran dünyanın internet nəhəgi - Google'un bu xidməti şirkətin başına iş açdı.
"Street Vyu" yəni "küçə kamerları" xidməti vasitəsilə bir çox bölgəni olduğu kimi göstərən Google, şəxsi məlumat icazəsiz şəkildə topladığı üçün 7 milyon dollar cərimə edilib.
2008- 2010-cu illər arasında küçələrdə görüntüləri lentə alan xüsusi kameralar, fərdlərə məxsus kabelsiz internet sayəsində şəxsi email, şifrə, və axtarış tarixçələri barədə məlumatları əldə edib.
Qalmaqalın ortaya çıxması ilə Olayın ortaya çıkması ilə Abş-da 38 ştatda məhkəməyə verilən şirkət, 7 milyon dollar cərimə və bütün məlumatları silməyi qəbul edib. Google rəsmisis məlumatların heç bir formada istifadə edilməyəcəyini bildirib.
Qərar çərçivəsində istifadəçilərin öz hesablarının təhlükəslizliyini təmin edəcək irimiqyaslı təlim proqramlarının keçirilməsi də nəzərdə tutulub. Bununla bağlı xüsusi rolik də hazırlanacaq.
Qeyd edək ki, 7 milyon dollarlıq cərimə bu vaxta qədər virtual cinayətlərə görə kəsilən rekord məbləğdir. Ancaq günlük gəliri təxminən 100 milyon dollar olan Google üçün bu məbləğ okeanda bir damla parçası kimidir.