Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsində təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində qaz kəmərlərinin üzərində qaztənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar 29.01.2015-ci il tarixində saat 10:00-18:00-dək Sabunçu rayonunun,Mastağa qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.