Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

20 Yanvarda özünü yandıran sürücü ilə bağlı AÇIQLAMA - FOTO (Yenilənib)

20 Yanvarda özünü yandıran sürücü ilə bağlı AÇIQLAMA - FOTO (Yenilənib)
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov Publika.az-a açıqlamasında baş verən hadisəyə aydınlıq gətirib.


Onun sözlərinə görə, həmin şəxs Sumqayıt-Bakı istiqamətində qeyri-qanuni sərnişin daşımaqla məşğul olub. nazirliyin müfəttişləri ilə mübahisə də məhz bu səbəblə baş verib:



“Ərzuman adlı ortayaşlı həmin şəxs nasaz "Ford" markalı maşınla qanunsuz sərnişin daşımaqla məşğul olub. Bu şəxs həm də dil qüsurludur. Müfəttişlər tərəfindən saxlanılıb, izahat işləri aparılarkən, o, maşından sənədlərini gətirmək üçün müfəttişlərin yanından ayrılıb. Geri dönəndə isə əlindəki benzini həm özünün, həm də müfəttişin üzərinə töküb. Onun bu işi əvvəldən planlaşdırdığını göstərir. Daha sonra kibriti yandırıb. Həm özü, həm də müfəttiş xəsarət alıb. Ərazidəki polis əməkdaşları və sakinlər yanğının söndürülməsinə kömək ediblər. Hər ikisi təcili yardım tərəfindən xəstəxanaya yerləşdirilib”.



 



****



Bu dəqiqələrdə paytaxtın 20 Yanvar dairəsində şəxsiyyəti məlum olmayan sürücü özünü yandırıb.



 



Axar.az əməkdaşı xəbər verir ki, sürücü münaqişə zəminində əsəbiləşib və üstünə benzin tökərək özünü yandırıb.



 



Özünü yandıran şəxsin Bakı-Sumqayıt marşrutunda çalışdığı deyilir.



 



Ətrafdakı insanlar alovu söndürərək sürücünü xəstəxanaya aparıblar. Şahidlər yaralının vəziyyətinin ağır olduğunu deyib.



 



Hadisə nəticəsində 20 Yanvar dairəsinə çoxsaylı insan toplaşıb və bu da böyük tıxacın yaranmasına səbəb olub.



 



5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsindən Axara.az-a bildirilib ki, onlara hadisə ilə bağlı müraciət olunmayıb. 



 



 


 




Teqlər:
Bu xəbər cəmi 1705 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR