Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanın “Eurovision-2013”dəki təmsilçisi kimin oğludur?

Azərbaycanın “Eurovision-2013”dəki təmsilçisi kimin oğludur?
Anası Maya Məmmədova yüngül atletika üzrə dünya çempionu olub


Azərbaycanı “Eurovision-2013” müsabiqəsində ilk dəfə tək oğlan təmsil edəcək. Bundan əvvəl Elnur Hüseynov-Samir, Eldar-Nigar və Araş-Aysel cütlüyü istisna olmaqla hələ ki, bu müsabiqədə Azərbaycanı daha çox qızlar təmsil edib.



  Fərid Məmmədov 30 avqust 1991-ci ildə Bakıda doğulub. Orta təhsilini Elitar gimnaziyada alıb. O, 1 nömrəli musiqi məktəbində də oxuyub. Eyni zamanda Fərid uşaq yaşlarında kapuera ilə məşğul olub. Altı yaşından isə əməkdar artist Aybəniz Haşımovanın yaratdığı “Bülbüllər”qrupunun solistidir. 



F.Məmmədov musiqiçi ailəsində doğulmayıb. Onun anası Maya Məmmədova sovet dövründə yüngül atletika üzrə dünya çempionu olub. Atası Asif Məmmədov zəhmətkeş, sadə insandır.



Hazırda Fərid Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində sonuncu kursunda təhsil alır.



Fərid Məmmədov dünən Azərbaycanın Eurovision təmsilçisi seçilən kimi hamımız Fəridin uşaq vaxtı “Bülbüllər”dəki çıxışını xatırladıq. Elə bu səbəbdən qrupun yaradıcısı Aybəniz Haşımovadan Eurovision-2013” Mahnı Müsabiqəsində Azərbaycan təmsil edəcək tələbəsi Fərid Məmmədovu soruşduq.“Qafqazinfo”ya açıqlama verən Haşımova bildirib ki, Fəridin “Eurovision-2013”-ün seçim turlarına qatıldığını eşidəndən bəri çox həyəcan keçirib: “Fərid çox zəhmətkeş uşaqdır. O, seçim turlarına qatılanda mənimlə məsləhətləşdi. Düzü mən çox həyəcanlandım. Çünki o, uşaq yaşlarında Rəşid Behbudov, Şövkət Ələkbərovanı dinləyib. Xarici mahnılar ifa etməyə də meylli idi. Mənə öz ifasında dünya musiqilərini təqdim edəndə məəttəl qaldım. O, “Bülbüllər” qrupu ilə dünyanın 53-ölkəsində Azərbaycan bayrağını yüksəklərə qaldırıb”.



Təmsilçimizə İsveçdə keçiriləcək müsabiqədə uğurlar arzulayırıq.


Teqlər:
Bu xəbər cəmi 3915 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR