Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Başı kəsilən gəlin Həccdən qayıdıb gənc oğlanla… -

Başı kəsilən gəlin Həccdən qayıdıb gənc oğlanla… -
Paytaxtın Aşıq Qərib küçəsi 69 A ünvanında ərin arvadının başını kəsməsinin təfərrüatları məlum olub.


1971-ci il təvəllüdlü İlham Süleymanov başqası ilə görüşdüyünə görə 1979-cu il təvəllüdlü Məhəbbət Süleymanovanı amansızlıqla qətlə yetirib. 



 



İ.Süleymanovun atası musavat.com-a deyib ki, hadisə günorta radələrində baş verib. Elləz Süleymanovun sözlərinə görə, oğlu polisə özü təslim olub. Oğlunun 3 övladının olduğunu deyən ata yanlış məlumat verən media qurumlarını qınayıb: 



 



“Böyük oğlunun 17 yaşı, ortancıl oğlunun 16, qızının isə 10 yaşı var. Bəzi mətbuat orqanları yazır ki, guya bu, İlhamın ikinci evliliyi olub. Bu, düz deyil”.



 



E.Süleymanov gəlininin Həcc ziyarətindən gəldikdən bir müddət sonra gənc bir oğlanla çılpaq şəkil çəkdirdiyini, həmin şəxslə sevişdiyini qeyd edib: 



 



“Oğlum bir müddət əvvəl arvadından şübhələnməyə başlamışdı. Həmin vaxt məsələ böyüdü və gəlinin qardaşları, valideynləri bura gəldilər. Məhəbbətin namussuz olduğunu dedik. Özünü hacıxanım adlandırırdı. Ancaq özünü əxlaqsız qadın kimi aparırdı. Ziyarətə getmiş şəxs namussuzluq edərmi? 



 



O, Həccdən gəldikdən sonra rayonlu oğlan uşağı ilə birlikdə lüt şəkillər çəkdirib. Məhəbbət həmin şəkilləri yastığının altında saxlayırdı. O şəkil bir gün oğlunun əlinə keçib. Uşaq görüb ki, anası oğlanla çılpaq vəziyyətdə şəkil çəkdirib. Uşaq az qalmışdı ki, əsəbdən dəli olsun. Nəvəm şəkli bizə göstərdi. Oğlumun ağlı başından çıxmışdı. Dərhal Məhəbbətin atasını, anasını, qardaşlarını çağırdıq və şəkli onlara da göstərdik. Qoy bilsinlər ki, qızları namussuz, əxlaqsızdır. Onların bütün qohum-əqrəbası məsələdən agah oldu. 



 



Bundan sonra gəlinin adamları onu götürüb apardılar. Məhəbbətə dedilər ki, sənin burda yaşamağa ixtiyarın yoxdur. Beləcə, gəlini apardılar. Evdə olan əşyaların yarısını götürüb maşına yükləyib, aradan çıxdılar”.



 



Gəlini anası ilə birgə evi boşaltdıqdan bir müddət sonra yenidən evə qayıdıb: 



 



“Gəlinin qardaşları, valideynləri gəlib oğluma minnətçi düşürlər ki, qızımızı bağışla. Təxminən bir həftə ərzində İlhamgilin evindən səs-səmir çıxmadı. 



 



Ancaq bir həftədən sonra dava-dalaş başladı. Məhəbbətlə çılpaq şəkil çəkdirən oğlan gizli şəkildə hasardan evə daxil olub və səhərə kimi gəlinlə bir yerdə qalıb. Biz evdə olmadığımız vaxtda onlar qapını bağlayıb səhərə kimi min cür oyundan çıxırdılar. 



 



İş o yerə çatmışdı ki, İlham məcbur olub evin müxtəlif yerində gizli kamera quraşdırmışdı. Məhz bundan sonra hadisə aydın oldu. İlham bundan xəbər tutanda arvadının başını kəsdi və özü də könüllü surətdə polisə təslim oldu”.


Teqlər:
Bu xəbər cəmi 1430 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR