Penitensiar Xidmətin rəisi Mədət Quliyev bu barədə açıqlama verib.
"Bəzi kütləvi informasiya vasitələri məhkum Lamiyə Quliyeva haqda həqiqətə uyğun olmayan şayiələr yayırlar. Əslində isə Penitensiar Xidmətin əməkdaşları Lamiyə Quliyevanın hamiləliyindən 5 aylığında xəbər tutublar. İndi bizi maraqlandıran yeganə məqam uşağın atasının kimliyidir. Biz fikrləşdik ki, təhqiqat hamiləlik vaxtı aparılsa gələcək ana həyəcanlana bilər. Bu məsələ ilə bağlı həkimlərlə məsləhətləşdik və qərar belə oldu ki, uşaqla bağlı problem ola bilər. Biz bir məmur kimi məhkumun qidalanmasına, səhhətinə diqqət ayırdıq. Nəhayət bu körpə dünyaya gəldi. Məhkum bildirib ki, övlad dünyaya gətirmək onun arzusu olub. Lamiyə Quliyeva ilə uşağın atasının kimliyi haqda söhbətlər aparılıb. Lamiyəyə heç bir təzyiq olunmayıb. Hazırda daxili araşdırmalar gedir. Uşağın atasının kimliyini müəyyənləşdirmək istəyirik ki, uşağın böyüməsində onun da rolu olsun. Körpənin atası müəyyən edildikdən sonra bununla bağlı hüquqi addımlar atılacaq”.
Mədət Quliyev onu da əlavə edib ki, məhkumların öz yaxınları, qohumları, hətta kütləvi informasiya nümayəndələrilə görüşmək imkanı mümkündür. Sadəcə bu olayı şişirdib, populist çıxışlarla xal qazanmaq istəyən qüvvələr var. Lamiyə Quliyevanın uşaq dünyaya gətirməsinə qeyri-adi baxmaq lazım deyil (ans).