Azərbaycan prezidenti İlham Əliyev Quba rayonu İcra hakimiyyəti ilə bağlı sərəncam verib.
“Qafqazinfo”nun məlumatına görə, sərəncamda aşağıdakı göstəriş verilib:
“Mübariz Alı oğlu Ağayev Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.
***
İlham Əliyevin digər sərəncamı ilə Yaşar Qəhrəman oğlu Məmmədov Quba rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.