Mərkəzdə Gəncə və ətraf rayonlar daxil olmaqla, gün ərzində 2 min vətəndaşa xidmət göstərilir. Fəaliyyətə başladığı gündən indiyədək mərkəzə müxtəlif məsələlərlə bağlı 500 mindən çox vətəndaş müraciət edib. Burada 120 nəfər işçi, 80 nəfərdən ibarət könüllü qrupu insanlara nümunəvi xidmət göstərir. Mərkəzdə 10 dövlət qurumu tərəfindən 30-a yaxın xidmət göstərilir. Bundan başqa, vətəndaşların rahatlığının təmin edilməsi məqsədi ilə funksional yardımçı xidmətlər də göstərilir. Vətəndaşlar ən çox şəxsiyyət, sürücülük vəsiqələrinin, ümumi vətəndaş pasportunun alınması, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notarius məsələləri ilə bağlı müraciət edirlər.