XİN-dən daxil olan məlumata görə, Miroslav Layçak iki dost ölkə arasında münasibətlərin intensiv və praqmatik xətt üzrə inkişaf etdiyini qeyd edərək, iqtisadiyyat, enerji, kənd-təsərrüfatı və turizm sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu vurğulayıb.
Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb.
Miroslav Layçak Nazir Elmar Məmmədyarovu bu ilin may ayında Bratislavada keçiriləcək Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin birgə iclasında iştirak etməyə dəvət edib.