Q. Həsənquliyev hökumətin bir illik fəaliyyətinin müzakirə olundğunu və görülən işlərin ürəkaçan olduğunu qeyd edib: “Artur bəy rəqəmləri sadaladı. Görülən işlər ürəkaçandır. Amma məni narahat edən bir məsələ var. Bakı şəhəri həddindən artıq yüklənib. Bakının yolları dardır. Nə qədər körpülər, yeraltı keçidlər tikilsə də bu, problemi həll etmir. Regionlarda vəziyyəti düzəltmək lazımdır. Orada iş yerləri açılmalıdır ki, əhali bura axın etməsin. Mən dəfələrlə çıxışımda bu məsələyə toxunmuşam, amma hələ də hökumətdən əsaslı cavab almamışam”.
Millət vəkili bir il ərazində uğurla həyata keçirilən işlərdən biri kimi Qəbələ RLS-in boşaldılmasını göstərib.
Millət vəkili Fuad Muradov da hesabata münasibət bildirib. O bildirib ki, Səbail rayonunda yaxsı infrastruktur işləri görülür, amma bəzi problemlər qalmaqdadır. Bəzi küçələrin işıqlandırılması ilə bağlı problemlər var. Digər problem isə Bayıl qəsəbəsində qəzalı vəziyyətdə olan evlərlə bağlıdır. Millət vəkili bununla bağlı baş nazirin qəbulunda olamq istədiyini bildirib.