Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlər növbəti təyinat alıblar. “Qafqazinfo” xəbər verir ki, hazırlığın son günündə ədalət təmsilçilərimiz 4 qarşılaşmanı idarə edəcək.
26 yanvar
"Spartak" (M) - "Hamburq"
Hakimlər: Qorxmaz Eldarov, Rza Məmmədov, Coşqun Həsənov
"Terek" - "Split"
Hakimlər: Fariz Yusifov, Nahid Hüseynov, Kamran Bayramov
Sinqapur (U-23) - "Hamburq" (U-23)
Hakimlər: Emin Nağıbəyov, Yaşar Abbasov, Mübariz Haşımov
Ukrayna (U-21) - İran (U-21)
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Rəvan Həmzəzadə