Ermənistanın Gənclər və idman naziri Qabriel Kazaryan ölkəsinin Bakıda keçiriləcək I Avropa Oyunlarında təmsil olunmasının vacibliyindən danışıb.
“Qafqazinfo” "Report"a istinadən xəbər verir ki, nazir "Bakı-2015" Avropa Oyunlarında böyük sınaq qarşısında olacaqlarını bildirib.
"Bu il idmançılar, xüsusən də güləşçilər üçün ağır olacaq" deyən Q.Kazaryan ölkəsini təmsil edəcək idmançıların təhlükəsizliyinə zəmanət verildiyini də vurğulayıb: "Şəxsən mən düşünürəm ki, Ermənistan Avropa Oyunlarında iştirak etməlidir. Bütün tərəflər - Bakı, Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi təhlükəsizliyimizə zəmanət verir. Hazırlıqlarımız davam edir, amma rəsmi qərar bir müddət sonra veriləcək".
Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-dən 28-dək davam edəcək.