Təhsil Nazirliyində bu gün keçirilən tədbirdə 12 illik təhsillə bağlı suala cavab verən A. Əhmədov bildirib ki, Fəaliyyət Planında tədricən 12 illik tədrisə keçid nəzərdə tutulur:” Biz dünyanın inkişaf etmiş ölkələrində 12 illik təhsillə bağlı təcrübəni araşdırırıq. 12 illik təhsilə keçid elə də sadə məsələ deyil. Bu təhsilə keçidlə bağlı bir sıra məsələlər həll edilməlidir. Tədris planlarında dəyişiklik edilməlidir. Buna uyğun olaraq da dərsliklərdə dəyişiklik edilməlidir. Bütün bu məsələləri həll etmək üçün biz İşçi Qrup yaradacağıq. Müəyyən müddət ərzində təhsil proqramlarını 12 illik təhsilə uyğunlaşdıracağıq. Bır sıra məsələlər həll edildikdən sonra 12 illik təhsilə nə vaxt keçiləcəyi barədə məlumat veriləcək. İndidən bunu açıqlamaq düzgün deyil”.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev İlham Nağıyev Təhsil strategiyası üzrə qəbul edilmiş Fəaliyyət Planında yeni əməkhaqqı və stimullaşdırma mexanizmində nələrin nəzərdə tutulması məsələsinə aydınlıq gətirib. “Qafqazinfo” xəbər verir ki, İ. Nağıyev bildirib ki, indiki halda müəllimlərin əməkhaqqısı dərəcələrdən asılıdır: “ Həmin dərəcələrə iki meyar təsir edir. Bura həm müəllimin orta və ali təhsilli olması , həmçinin peşə təcrübəsi daxildir. Gələcəkdə isə strategiyada nəzərdə tutulub ki differensiallaşdırılmış sistem yaradılsın. Bu isə o deməkdir ki, mexanizm müəllimin biliyi, bacarığı səriştəsi, nəticəyönümlü olmasına əsaslanır. Eləcə də bu günki əməkbazarında rəqabətəsaslı əməkhaqqı sisteminin yaradılmasını nəzərdə tutur. Həmin mexanizmin hazırlanması üzrə hazırda iş gedir”.
Tədbirdə eyni zamanda müəllimlərin diaqnostik qiymətləndirmədən keçməsi nəticəsində dərs saatlarının artırılıması məsələsinə də münasibət bildirilib.
Bildirilib ki, sərəncamda qeyd olunan məsələ dərs saatlarının yox, dərs yükü normasının artırılması ilə bağlıdır: “Dərs yükü norması 1,5 dəfə artıb. Bu o demək deyil ki, məcburi şəkildə sərəncamdan sonra müəllimlərin dərs saatı artırılıb. Sərəncam sadəcə olaraq normanın 12 saatdan 18 saata artırılmasını nəzərdə tutulur. Buna müvafiq olaraq da əməkhaqqları iki dəfə artırılıb. Müəllimlər şərti olaraq 12 saat dərs deyirsə, bu müəllimin üçdə iki saatda işləməsi deməkdir. Həmin müəllim yenə də 12 saat dərs deməkdə davam edir. Sadəcə olaraq o dərs yükü normasının üçdə iki hissəsində dərs demiş olur. Regionlarda sınaq qiymətləndirmənin keçirilməsi üçün zəmin yaranmalıdır. Bu diaqnostik qiymətləndirmə şagird müəllim nisbətinin, dərs yüklərinin rasionallaşdırılması ilə bağlı olan məsələdir”.