Ukrayna prezidenti Pyotr Poroşenko bu il ərzində Azərbaycana rəsmi səfər etməyi planlaşdırır. “Qafqazinfo” xəbər verir ki, Bu barədə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib.
“Bu il üçün böyük gündəlik hazırlayırıq. Ukrayna prezidenti Poroşenkonun səfəri də planlarımıza daxildir”, - deyə A.Mişenko bildirib.
O, həmçinin qeyd edib ki, cari ildə Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovun da Ukraynaya səfəri planlaşdırılır.
Diplomat vurğulayıb ki, P.Poroşenkonun Azərbaycana səfərindən öncə xarici işlər naziri Elmar Məmmədyarovun Ukraynaya səfəri və iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın Bakıda iclası nəzərdə tutulur. A.Mişenkonun sözlərinə görə, yalnız bundan sonra tərəflər Ukrayna prezidentinin Azərbaycana səfərinin konkret tarixinin müəyyən edilməsinə dair razılığa gələcəklər.