Azərbaycanda 2014-cü il ərzində ictimai nəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə qarşı inzibati xətalar üzrə tərtib olunan protokolların sayı açıqlanıb.
Fins.az xəbər verir ki, nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyat İdarəsi Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov “APA-Economics”ə bildirib ki, 2015-ci il yanvarın 1-nə olan statistikaya görə, ötən il 2 834 inzibati xətalar üzrə protokol tərtib olunub.
“Buraya həm sükan arxasında telefonla danışma, sükan arxasında siqaret çəkmə, habelə lisenziya olmadan nəqliyyat vasitəsini idarə etmək daxildir”, - deyə Ə. Cəfərov qeyd edib.