Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-8, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 18-23, bəzi yerlərdə 27 dərəcəyədək isti, dağlarda gecə 1-6, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.