Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanın avtomobil bazarına təhlükə: Rustavi bazarı bağlanır

Azərbaycanın avtomobil bazarına təhlükə: Rustavi bazarı bağlanır
Gürcüstan Dövlət Statistika Komitəsi 2012-ci ildə ölkənin ümumi ixracının 25 faizini minik avtomobilləri təşkil etdiyini açıqlayıb. Yenimeydan.info-nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, söhbət Gürcüstanın istehsal etdiyi avtomobillərin xarici ölkələrə satılmasından yox, xarici ölkələrdən, əsasən də Almaniyadan Gürcüstana gətirilən köhnə avtomobillərin qonşu ölkələrin – Azərbaycan, Gürcüstan, o cümlədən Qazaxıstan sakinlərinə satılmasından gedir. Başqa sözlə, Gürcüstan bu ölkələr üçün avtomobil bazarı rolunu oynayır. Bunun nəticəsində Gürcüstan büdcəsinə 587 milyon 296 min dollar vəsait daxil olub. 2011-ci illə müqayisədə Gürcüstanın avtomobil ixracı potensialı da 2 dəfədən çox artıb. Keçən il Gürcüstandan Azərbaycana avtomobil ixracı 1,9 dəfə artıb. Əgər 2011-ci ildə Gürcüstandan Azərbaycana 177 milyon 839 min dollar dəyərində avtomobil ixrac edilibsə, 2012-ci ildə bu göstərici 345 milyon 616 min dollara çatıb. Gürcüstandan Türkiyəyə də avtomobil ixrac edilir. Ancaq Azərbaycandan fərqli olaraq Gürcüstandan Türkiyəyə avtomobil ixracında azalma meylim müşahidə olunub. Əgər 2011-ci ildə Gürcüstandan Türkiyəyə 7 milyon 564 min dollar dəyərində avtomobil ixrac edilibsə, 2012-ci ildə bu göstərici 7 milyon 423 min dollara enib. Bütün bunlara baxmayaraq, hazırda Gürcüstanın avtomobil bazarının ziyanlı biznesə çevrildiyi qənaəti də formalaşır. Məsələn, keçən həftə Rustavidəki avtomobil bazarının profilini dəyişəcəyi məlum olub. Şirkətin direktoru hələ neçə ay əvvəl bəyan edib ki, Gürcüstanda avtomobil biznesi perspektivsizdir, satış səviyyəsindən razı deyil. Rustavidəki AUTOPAPA avtomobil bazarının baş direktoru Yevgeniy Ustinov da bildirib ki, hazırda Gürcüstanda avtomobil bazarı kommersiya baxımından sərfəli deyil. Bu avtomobil bazarının tikintisinə Ukraynanın “Privatbank”ı kredit verib. 20 milyard dollar aktivi olan bank bu avtomobil bazarının tək Gürcüstan deyil, bütün Qafqaz üçün nəzərdə tutulub və burada 200-dən çox insan işləyir. Lakin AUTOPAPA avtomobil bazarından gələn gəlir kreditin qaytarılmasına yox, yalnız onun faizlərini ödəməyə yetir. Bəzi ekspertlərin fikrincə, məhz bu səbəbdən bazar bağlana bilər.

Teqlər:
Bu xəbər cəmi 1840 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR