Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Akademik Ramiz Mehdiyevin kitabı Litva dilində nəşr edilib

Akademik Ramiz Mehdiyevin kitabı Litva dilində nəşr edilib
“Azərbaycanın keçmişdəki itkiləri və gələcəyinin strateji görünüşü” adlı kitabı 2015-ci ilin yanvar ayında Vilnüsdə Litva dilində işıq üzü görüb (litvaca – Ramizas Mehdijevas. “Azerbaidžano praeities netektys ir ateities vizija”). Kitabın nəşri “20 Yanvar” faciəsinin 25-ci ildönümünə həsr olunub.


İki hissədən ibarət olan bu kitabın birinci hissəsində R. Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” adlı tarixi oçerki dərc olunub. Bu hissədə həmçinin dünyaca ünlü siyasət və dövlət xadimi Heydər Əliyevin 1990-cı il 20 yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində 1990-cı il yanvarın 21-də keçirilmiş yığıncaqda etdiyi çıxışı və Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanı nəşr  edilib. Bununla bərabər, həmin hissədə R.Mehdiyevin sözügedən tarixi oçerki barədə litvalı müəlliflər – Litva Milli Elmlər Akademiyasının akademiki, məşhur tarixçi alim, professor Antanas Tila və Vilnüs Universitetinin Beynəlxalq Münasibətlər və Siyasi Elmlər İnstitutunun müəllimi, sosial elmlər doktoru Laurinas Kasçyunas tərəfindən yazılmış resenziya və politoloji mülahizələr, həmçinin müstəqil Litva Respublikasının 1990 – 1992-ci illərdə ilk dövlət başçısı, 2004 – 2014-cü illərdə Avropa Parlamentinin üzvü və Avropa Parlamentinin Cənubi Qafqaz dövlətləri ilə Nümayəndə heyətinin Sədr müavini, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Fəxri doktoru, məşhur siyasətçi və ictimai-mədəni xadim, professor Vitautas Landsbergisin 20 Yanvar hadisələri haqqında "Azərbaycanın faciəsi“ adlı məqaləsi yer almışdır. Kitabın ikinci hissəsində oxuculara R.Mehdiyevin "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində“ adlı sosial-siyasi və fəlsəfi əsəri təqdim olunub. Bu əsər haqqında tanınmış iqtisadçı alim, Litva Milli Elmlər Akademiyasının akademiki, monetar siyasət sahəsində nüfuzlu mütəxəssis, professor Antanas Buraçasın yazıdığı geniş həcmli elmi məqalə və "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013 – 2014“ (The Global Talent Competitiveness Index) hesabatında Azərbaycanın və Litvanın tutduqları reytinqlərə aid müqayisəli göstəricilər də sözügedən hissədə dərc olunub.  R.Mehdiyevin kitabını Litva dilinə Azərbaycan və Litva filologiyaları üzrə mütəxəssis, Azərbaycan - Litva ədəbi-mədəni və ictimai-siyasi əlaqələrinin tədqiqatçısı, publisist və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mahir Həmzəyev və litvaşünas Edita Ratkuvene tərcümə ediblər. Kitabın Litva dili redaktoru Litva Milli Elmlər Akademiyasının Humanitar və Sosial elmlər bölməsinin elmi katibi Aurika Bagdonaviçenedir. Kitabın tərtibatçısı və xüsusi redaktoru isə M. Həmzəyevdir. M.Həmzəyev həmçinin kitabda getmiş "Keçmişin ağrıları və gələcəyin böyük ümidləri“ adlı giriş məqaləsinin müəllifidir. Kitab Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Litva Azərbaycanlıları Cəmiyyəti tərəfindən 1000 (min) nüsxədən ibarət tirajla nəşr edilib. Kitabın təqdimatı ilə bağlı AR Diasporla iş üzrə Dövlət Komitəsi və Litva Azərbaycanlıları Cəmiyyətinin birgə layihəsi çərçivəsində Litvanın elm və ali təhsil müəssisələrində, dövlət institutlarında, yaradıcılıq ittifaqlarında, ictimai-siyasi və mədəni təşkilatlarında 2015-ci ildə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. 


Teqlər:
Bu xəbər cəmi 1770 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR