Belə ki, spirtli içkilərin tərkibində olan həmin ziyanlı maddələr beyin hüceyrələrinə və neyronlara təsir edərək, onları fəaliyyətdən saxlayır. Çox hallarda beyindəki nazik damarların partlamasına, qanın laxtalanmasına səbəb olub, qanın normal qaydada dövr etməsinin qarşısını aldığına görə infarktla nəticələnir. Bəzi hallarda isə beyində əzələlərin yığılmasına, şişlərə və qan təzyiqinin yaranmasına səbəb olur. Bu da bədən üzvlərinin iflic vəziyyətinə düşməsinə səbəb olur.
Qeyd edək ki, ABŞ-ın Kaliforniya Universitetinin alimləri beyinin əsas düşmənlərini və onların sağlamlığa vurduqları ziyanı müəyyənləşdiriblər. Belə ki, bunlar spirtli içki, kafein və siqaret hesab olunur.
Azad İstehlakçılar Birliyinin eksperti Nüsrət Qasımov Aktual.az-a bildirib ki, Çin istehsalı olan spirtli içkilərlərin mənşəyi məlum deyil: “O dövrdə Sınaq Mərkəzi deyilən bir qurum vardı. Xaricdən gətirilən bütün malların keyfiyyətinin yoxlanılması həmin mərkəzin laboratoriyalarından sınaqdan keçirilirdi və satışa icazə verilirdi. Təəssüf ki, Azərbaycanda belə mərkəz fəaliyyət göstərmir. Sahibkarlar istəklərinə uyğun istənilən ölkədən ucuz, amma keyfiyyətsiz mallar gətirirlər. Belə məhsullara nəzarət edilmir. Bu da əhalinin ziyanınadı. Çində işçi qüvvəsi ucuz olduğu üçün çox insanlar orada müxtəlif sexlər, zavodlar açaraq fəaliyyət göstərərək, məhsulları həmin ölkənin orijinallığından kənar olaraq istehsal edirlər. Bu tipli ikinci variant hesab olunan məhsullar ölkələrə gətirilir”.
Ekspert deyib ki, belə məhsulların dəyəri ucuz olsa da, keyfiyyətsizdir”.
N.Qasımov deyib ki, iş adamları tərəfindən ölkəyə gətirilən belə məhsullar keyfiyyət dərəcələrinə görə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin labaratoriyasında sınaqdan keçirilməlidir: “Yoxlanışdan keçiriləndən sonra onların ticarət şəbəkələrinə yol açmasına icazə verilməlidir”.
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, təmsil etdiyi komitə tərəfindən ölkəyə gətirilən spirtli içkilərin keyfiyyətinə nəzarət olunur: “Spirtli içkilərin ölkəyə istehsalı və idxalı lisenziyalaşmış fəaliyyət növüdür. Bu məhsullara Kənd Təsərrüfatı Nazirliyi tərəfindən lisensiya verilir. Spirtkli içkilərın istehsal ölkələri müxtəlifdir. Çindən gətirilən elə brend mallar var ki, ABŞ-a belə gedib çıxır. Amma Çində istehsal olunan keyfiyyətsiz məhsulların olmasını da inkar etmirəm. Komitə ilə yanaşı bir neçə dövlət qurumu ölkəyə gətirilən idxal, istehsal və satış proseslərinə nəzarət edir”.