Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Rusiyanın bu hərəkəti dünya savaşına səbəb ola bilər”

“Rusiyanın bu hərəkəti dünya savaşına səbəb ola bilər”


“Rusiya bu tempdə davam etsə, Amerika-Rusiya arasında münasibətlər daha da gərginləşə bilər ki, bu da dünya müharibəsinə gətirib çıxara bilər”.



 



Bunu Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya ordusunun Ukraynaya hücum edə biləcəyi ilə bağlı mövzudan danışarkən bildirib.



 



“Bunu nəinki Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov, hətta ölkə Prezidenti Pyotr Poroşenko da qeyd edib. Rusiyanın Ukraynanın şərqinə hücum planı barədə mətbuatda da geniş məlumat yayılıb. Paralel olaraq Ukraynanın şərqində atəşkəs rejiminə riayət edilməsi üçün səylər göstərilir. Atəşkəs haqqında Minskdə bir neçə ay bundan öncə saziş imzalandı. Təəssüflər olsun ki, həmin qanuna əməl olunmadı”.



 



Politoloqun sözlərinə görə, bu məsələyə dair Qazaxıstanın ölkə başçısı Nursultan Nazarbayevin təşəbbüsü ilə Fransa, Almaniya, Rusiya və Ukrayna prezidentlərinin Astanada görüşü gözlənilir:



 



“Görüş ərəfəsində vəziyyət sakitləşmək əvəzinə daha da gərginləşib. Aeroportda güclü döyüşlər nəticəsində xeyli itkilər oldu. Avtobusda gedən mülki əhaliyə artilleriya mərmisi ilə atəş açıldı. Bu isə iki ölkə arasında vəziyyətin gərginləşməsindən xəbər verir”.



 



Müsahibimizin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin sanki bu fikirdə deyil, məsələni nizama salmaq istəyir:



 



“Amma bu, belə deyil. Əslində, o bir tərəfdən Ukrayna separatçılarına müasir silahlar göndərir, digər tərəfdən isə rus qoşunlarını dəstə-dəstə oraya yerləşdirir. Ukrayna tərəfi iddia edir ki, artıq 1800 nəfərlik rus qoşunu, xüsusi təyinatlı qoşunların böyük bir hissəsi Şərqi Ukrayna ərazisində yerləşdirilib”. 



 



Q.Hüseynli bir tərəfdən Qərbin hər iki ölkə arasında sülh yaratmaq istədiyini, digər tərəfdən Rusiyanın hücum cəhdini vurğuladı:



 



“Qorxuram ki, Rusiyanın Şərqi Ukraynaya hücumu nəticəsində Qərb dövlətləri Amerikadan Ukraynaya müasir silahlarla yardım etsin. Rusiya bu tempdə davam etsə, Amerika-Rusiya arasında münasibətlər daha da gərginləşə bilər ki, bu da dünya müharibəsinə gətirib çıxara bilər. Buna görə də bütün dövlətlər, beynəlxalq təşkilatlar bu məsələnin dinc yolla həll olunmasına dair öz səylərini əsirgəməməlidir”.   



 



Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib ki, yaxın vaxtlarda Rusiya ordusu Ukraynaya hücuma keçə bilər.


Teqlər:
Bu xəbər cəmi 1570 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR